Nailə Bədəlova
Nailə Bədəlova (1913–2000) — ilk azərbaycanlı qadın kinomexanik; uzun müddət Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləmişdir.
Nailə Bədəlova | |
---|---|
Bədəlova Nailə Məmməd qızı | |
Nailə Bədəlova. | |
Anadan olub | 8 mart 1913 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 27 may 2000 (87 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Həyat yoldaşı | Salman Bədəlov |
Uşaqları | Fərid Bədəlov və Sevil Bədəlova |
Təhsili | Kinomexaniklər kursu (Bakı, –1939) |
Mükafatları |
Haqqında məlumatlar
8 mart 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1939-cu ildə Bakıda kinomexaniklər kursunu bitirib.
Əmək fəaliyyəti
17 aprel 1939-cu il tarixdən Bakıdakı «Bakkommuna» kinoteatrında təcrübəçi kimi əmək fəaliyyətinə başlayıb və
1 yanvar 1940-cı il tarixdən kinomexanik vəzifəsinə keçirilib.
1941 – 1945-ci illərdə Nuxa şəhərindəki “Yeni yol” kino-teatrında, Nuxa rayonundakı Zəyzid, Kiş, Göynük kinoqurğularında filmlər göstərib.
1945 – 1946-cı illərdə Bakı kinostudiyasında,
1948-ci ildə «Bakı» kinoteatrında,
1949 – 1972-ci illərdə Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləyib.
Təltif və mükafatları
- “Qafqazın müdafiəsinə görə” medalı (1946);
- Fəxri fərman – əmək nailiyyətlərinə görə (08.03.1958);
- Fəxri fərman – əmək nailiyyətlərinə görə (05.11.1966);
- “Əməkdə fərqlənməyə görə” medalı (20.11.1967).
Vəfatı
27 may 2000-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.
Digər
2010-cu ildə haqqında məqalə dərc olunmuş bir jurnal və bir qəzet, təltif olunduğu 2 fəxri fərmanın özü və bir medalın vəsiqəsi, 1 fotoşəkli, kinomexanik vəsiqəsi və kinostudiyaya buraxılış vəsiqəsi qızı Sevil Bədəlova tərəfindən Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.
Ailəsi
Həyat yoldaşı Salman Bədəlov Böyük Vətən müharibəsi iştirakçısı olub. O, Azərbaycan sovet sənədli filmlər rejissoru Niyazi Bədəlovun (1909–1997) qardaşı idi.
Oğlu: Fərid Bədəlov Azərbaycan Politexnik İnstitutunu bitirib, bir müddət Əfqanıstanda və İranda işləyib, lakin vaxtsız vəfat edib.
Qızı: Sevil Bədəlova Bakı Rəssamlıq Məktəbini və Moskva Universitetinin incəsənət fakültəsini bitirib, müxtəlif illərdə R.Mustafayev adına İncəsənət Muzeyində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib, Qafqaz Universitetinin rəsm bölümünün professoru olub. 2010-cu ildə anasının bəzi sənədlərini Dövlət Film Fonduna təqdim edib (amma təhvil-təslim aktında və KİV-də yayılmış məlumatlarda adı səhvən “Sevinc” kimi göstərilmişdir). 2015-ci ildən Türkiyədə yaşayır və orada pedaqoji fəaliyyətlə məşğuldur.
Ədəbiyyat
- Əliyev R. Günəş və gözəllik // Təşviqatçı : jurnal. — 1967. — В. noyabr. — № 22. — Səh. 25–26.
- Cəbrayılov M., Ziyadov B. Qanadlanan arzular // Bakı : qəzet. — 1968. — В. 20 may. — Səh. 3.
- Qasımova Ü. Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib : [arx. 20.09.2021] // APA. — 2010. — 15 iyul. — Müraciət tarixi: 20.09.2021.
- Məmmədov A. Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlova : [arx. 01.10.2021] // Mədəniyyət qəzeti. — 2021. — 1 oktyabr. — Müraciət tarixi: 01.10.2021.
Video-çarx
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |