Almaz Xəlilova
Almaz Xəlilova — fizika-riyaziyyat elmləri namizədi, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi. 1972–1982-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır.
Almaz Xəlilova | |
---|---|
Xəlilova (Əbdürrəhmanova) Almaz Əhmədiyyə qızı |
Haqqında məlumatlar
7 mart 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1947 – 1950-ci illərdə Nuxa şəhər 8 №-li rus orta məktəbində,
1950 – 1957-ci illərdə Bakı şəhər 134 saylı orta məktəbində,
1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1962-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına qəbul olunub, sonra isə A.İ.İoffe adına Leninqrad Fizika-Texniki İnstitutuna ezam edilib.
Elmi fəaliyyəti
1967-ci ildə A.İ.Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun Elmi Şurasında professor D.N.Nasledov və akad. M.İ.Əliyevin rəhbərliyi altında "Ga-Sb-Te üçqat sistemində bərk məhlulların alınması, elektron və fononların səpilmə mexanizmlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1975-ci ildə yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə baş elmi (dosent) elmi adını alıb.
41-i xaricdə, o cümlədən, 21-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çap edilmiş 105 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
1967-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmağa başlayıb. o cümlədən, bir müddət institutun elmi katibi vəzifəsində,
1972 – 1982-ci illərdə isə paralel olaraq həm də Azərbaycan SSR EA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışıb.
Hal-hazırda AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir.
Digər
1999-cu ildən AMEA “Xəbərlər, fizika-texnika və riyaziyyat elmləri seriyası, fizika və astronomiya” jurnalın məsul katibidir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Xəlilova (Əbdürrəhmanova) Almaz Əhmədiyyə qızı // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 262. — 1.000 nüsx.
- Fizika İnstitutunun fəlsəfə doktorları : Xəlilova Almaz Əhmədiyyə qızı : [arx. 01.10.2021] // zərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 01.10.2021.
.