Almaz Xəlilova
Almaz Xəlilova | |
---|---|
Xəlilova (Əbdürrəhmanova) Almaz Əhmədiyyə qızı | |
Almaz Xəlilova. | |
Doğum tarixi | 7 mart 1940 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | fizika |
İş yeri | AMEA Fizika İnstitutu (aparıcı elmi işçi) |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1957–1962) • Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutu, aspirantura (1962–1965) |
Elmi rəhbəri | professor D.N.Nasledov və akademik M.İ.Əliyev |
Almaz Xəlilova — fizika-riyaziyyat elmləri namizədi, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi. 1972 – 1982-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
7 mart 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1947 – 1950-ci illərdə Nuxa şəhər 8 №-li rus orta məktəbində,
1950 – 1957-ci illərdə Bakı şəhər 134 saylı orta məktəbində,
1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1962-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına qəbul olunub, sonra isə A.İ.İoffe adına Leninqrad Fizika-Texniki İnstitutuna ezam edilib.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1967-ci ildə A.İ.Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun Elmi Şurasında professor D.N.Nasledov və akad. M.İ.Əliyevin rəhbərliyi altında "Ga-Sb-Te üçqat sistemində bərk məhlulların alınması, elektron və fononların səpilmə mexanizmlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1975-ci ildə yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə baş elmi işçi (dosent) elmi adını alıb.
41-i xaricdə, o cümlədən, 21-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çap edilmiş 105 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1967-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmağa başlayıb; o cümlədən, bir müddət institutun elmi katibi olub.
1972 – 1982-ci illərdə isə paralel olaraq həm də Azərbaycan SSR EA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışıb.
Hal-hazırda AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir.
Digər[redaktə | HTML redaktə]
1999-cu ildən AMEA “Xəbərlər, fizika-texnika və riyaziyyat elmləri seriyası, fizika və astronomiya” jurnalın məsul katibidir.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Xəlilova (Əbdürrəhmanova) Almaz Əhmədiyyə qızı // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 262. — 1.000 nüsx.
- Fizika İnstitutunun fəlsəfə doktorları : Xəlilova Almaz Əhmədiyyə qızı : [arx. 01.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 01.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |