Fikrət Rəhimli
Fikrət Rəhimli — iqtisad elmləri namizədi, dosent. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, Bakı Ali Partiya məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, dosent, fakültə dekanı, prorektor və s. vəzifələr tutmuşdur.
Fikrət Rəhimli | |
---|---|
Rəhimli Fikrət Əhməd oğlu | |
Fikrət Rəhimli. | |
Doğum tarixi | 6 yanvar 1954 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | iqtisad elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, iqtisadiyyat fakültəsi (–1976) • SSRİ Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat Universiteti əyani aspirantura (1978–1981) |
Atası | Əhməd Rəhimli |
Haqqında məlumatlar
6 yanvar 1954-cü il tarixdə Bakıda anadan olub.
Təhsili
1976-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.
1978 – 1981-ci illərdə SSRİ Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat Universitetində əyani aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1982 – 1986-cı illərdə Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Bakı şəhərinin sosial-iqtisadi inkişafı üzrə sahə elmi tədqiqat laboratoriyasında sənaye inkişaf şöbəsinin müdiri,
1986 – 1991-ci illərdə Bakı Ali Partiya məktəbində dosent, fakültə dekanı,
1991 – 1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda sosial idarəetmə fakültəsinin dekanı, elmi işlər üzrə prorektor,
1999 – 2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsinin dekanı, böyük elmi katib,
2018-ci il sentyabr ayına kimi UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasında dosent vəzifəsində çalışıb.
Stajirovka
1994-cü ildə Dünya Bankının 4 ay ərzində İqtisadi İnkişaf İnstitutunda,
2006-cı ildə Fransanın Ali idarəçilik Milli Administrasiya məktəbində (ENA) 2 illik staj keçib.
Elmi fəaliyyəti
1981-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib və iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
40-a yaxın dünya iqtisadiyyatı, bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin beynəlxalq təcrübəsi ilə bağlı monoqrafiya və məqalələrin müəllifidir.
Ailəsi
Evlidir, iki övladı və nəvələri var.
Ədəbiyyat
- i.e.n., dos. Rəhimli Fikrət Əhməd oğlu : [arx. 11 Feb 2017 - 28 Jan 2021] // Azərbaycan Dövlət İqtisad Universiteti. — Müraciət tarixi: 10.11.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |