Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Əhməd Rəhimli

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əhməd Rəhimli
Rəhimli Əhməd Əlirza oğlu
Əhməd Rəhimli
Əhməd Rəhimli.
Doğum tarixi 22 dekabr 1906(1906-12-22)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 21 dekabr 1985 (78 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Ələkbərova Səyyarə Mustafa qızı
Uşaqları Hikmət, İsmət, Nazim, Eldar, Azər, MənzərFikrət
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Nuxa kişi seminariyası (–1924)

 • Azərbaycan Dövlət Darülfünu/Azərbaycan Dövlət Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1929–1932)

 • ÜK(b)P MK yanında Lenin kursları (1944–1945)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni  — 1939"Qafqazın müdafiəsinə görə" medalı — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1975"Əmək veteranı" medalı — 1976"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1985

Əhməd Rəhimli (1906–1985) — sovet dövrində Azərbaycanda tanınmış partiya və təhsil işçisi və rəhbər kadr olmuş şəxs. Müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa şəhər və Bakı şəhər rayon, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi digər məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

22 dekabr 1906-cı il tarixdə Nuxada (indiki Şəki), dabbaq ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Nuxada ibtidai təhsil aldıqdan sonra Nuxa gimnaziyasının ehtiyat sinfinə daxil olub. Lakin ailəsi təhsil haqqını ödəyə bilmədiyinə görə orada təhsilini davam etdirməsi mümkün olmayıb. Əvəzində Nuxa şəhər ali ibtidai məktəbinin ikinci sinfinə daxil olub və burada gimnaziya ilə müqayisədə üç dəfə az təhsil haqqı ödəməklə təhsilini davam etdirməyə nail olub.

1924-ci ildə Nuxa kişi seminariyasını bitirib.

1929 – 1932-ci illərdə Azərbaycan Dövlət Darülfünunun/Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.

1944-cü ilin aprel ayından etibarən il yarım müddətdə ÜK(b)P MK yanında Lenin kurslarının müdavimi olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Əhməd Rəhimli (hərbi sənədlərindəki cavanlıq şəkli).

Nuxa kişi seminariyasında təhsil alarkən paralel olaraq məktəb kitabxanasında kitabxanaçı,

1924 – 1929-cu illərdə əvvəl Qax ibtidai məktəbinə müəllim və müdir, sonra Zaqatala ibtidai məktəbində və Zaqatala kənd təsərrüfatı texnikumunda müəllim, xalq maarif şöbəsində metodist-təlimatçı,

1932 – 1933-сü illərdə Nuxa tibb fəhlə fakültəsində müəllim,

1933 – 1936-cı illərdə Nuxa tibb fəhlə fakültəsində əvvəl tədris hissə müdiri, sonra isə direktor,

1936 – 1942-cı illərdə əvvəl Nuxa Stalin adına Pedaqoji məktəbində riyaziyyat müəllimi, sonra Nuxa şəhər maarif şöbəsinin müdiri, daha sonra fizik-riyaziyyat fakültəsinin müəllimi və direktoru, Nuxa İkiillik Müəllimlər İnstitutunun tədris hissəsi müdiri,

1942-сi ilin aprel – avqust aylarında Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin ikinci katibi,

1942-ci ilin avqust ayından 1944-cü il mart ayının 17-nə qədər Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin birinci katibi,

1945-ci ilin dekabrından – 1949-cu ilədək əvvəl Azərbaycan K(b)P Bakı şəhər rayon komitəsinin birinci katibi, sonra isə Azərbaycan KP MK-da məsul təşkilatçı,

16 yanvar 1949-cu il tarixdən 1 may 1951-ci il tarixədək Azərbaycan KP Xaçmaz rayon komitəsinin birinci katibi,

1951 – 1953-cü illərdə əvvəl Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində əmək ehtiyatları idarəsində birinci müavin, sonra Bakı Vilayət Xalq Maarif Şöbəsinin müdiri, daha sonra Bakı şəhər İcraiyyə Komitəsi sədrinin müavini,

1953 – 1960-cı illərdə Azərbaycan SSR maarif nazirinin birinci müavini,

1960 – 1963-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Komitəsində şikayət bürosunun müdiri,

1963-cü ildən Bakı Yerli Sənaye Texnologiya Texnikumunun direktoru vəzifəsində çalışıb. Bundan sonra respublika əhəmiyyətli fərdi təqaüdə çıxıb.

Digər[redaktə | HTML redaktə]

1939-cu ildən ÜİK(b)P üzvü olub.

1946 – 1950-ci illərdə II çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub (36 nömrəli Myasnikov Seçki dairəsindən).

1959-cu ildə redaktorluğu və rus dilindən tərcüməsi əsasında 6 – 8-ci siniflər üçün ilk “Həndəsə” dərsliyi hazırlanıb və çap edilib.

1965-ci ildən Bakı şəhər Xalq Nəzarəti Komitəsində ictimai əsaslarla ştatdankənar xalq maarif şöbəsinin səhiyyə, mədəniyyət və elm bölmələrinə başçılıq edib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Səndlər[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

21 dekabr 1985-ci il tarixdə – 78 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Рагимли Ахмед Али Риза-оглы : [arx. 10.11.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 10.11.2021.
  2. Şükürov R., Orsər R. Rəhimli Əhməd Əli-Rza oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 167-168. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. Əhməd Əlirza oğlu Rəhimli // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 277. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Məmmədov Ə., Xalıqov F. Rəhimli Əhməd // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 325-326. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Kitabları[redaktə | HTML redaktə]

  • Rəhimli, Ə.Ə. Azərbaycan SSR-də xalq maarifini daha da inkişaf etdirmək haqqında / Əhməd Rəhimli; red. C.Məmmədov.- Bakı: Azərtədrisnəşr, 1959.- 16 s.; 20 sm.- (SSRİ Xalq təsərrüfatı nailiyyətləri sərgisi).- 1000 nüsx.

Həmçinin, bax:[redaktə | HTML redaktə]