Tapdıq Qurbanəliyev
Tapdıq Qurbanəliyev (1978–2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi.
Tapdıq Qurbanəliyev | |
---|---|
Qurbanəliyev Tapdıq Dövlətxan oğlu | |
Tapdıq Qurbanəliyev. | |
Doğum tarixi | 21 dekabr 1978 |
Doğum yeri | Aydınbulaq, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 16 oktyabr 2020 (41 yaşında) |
Vəfat yeri | Çaylı kəndi, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Şeyx Osman qəbiristanlığı, Aydınbulaq, Şəki rayonu, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Atası | Dövlətxan Qurbanəliyev |
Anası | Telli |
Həyat yoldaşı | Natəvan Qurbanəliyeva |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1998—2020 |
Rütbə | baş gizir |
Təltifləri |
Haqqında məlumatlar
21 dekabr 1978-ci il tarixdə Şəki rayonunun Aydınbulaq kəndində anadan olub.
Təhsili
1985-ci ildə Şəki rayonunun Aydınbulaq kənd tam orta məktəbinin 1-ci sinfinə gedib.
Hərbi xidmətdə
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedərək orada zabit heyətinin təkmilləşdirilmə kursu nəzdindəki gizir hazırlama kursuna daxil olub. 2000-ci ilin may ayından PDM komandiri hərbi ixtisası üzrə hərbi sahədə fəaliyyətə başlayıb.
Vəfatı
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ön cəbhədə vuruşub. Üç gün sonra – sentyabr ayının 30-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə, Tərtərin Çaylı kəndində döyüş tapşırığını yerinə yetirərkən tank əleyhinə minaya düşərək şəhid olub. Oktyabr ayının 16-da anadan olduğu Aydınbulaq kəndinin Şeyx Osman qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
- “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı (26.06.2008);
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2008);
- “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı (26.06.2013);
- 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı (26.06.2013);
- “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı (26.06.2018);
- 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı (26.06.2018)
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020);
- “İgidliyə görə” medalı — ölümündən sonra (18.12.2020)[1];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (24.06.2021)[2].
Ailəsi
Ailədə 1 bacı, 4 qardaş olublar. Atası Dövlətxan Qurbanəliyev 2017-cı ildə, anası Telli 2013-cü ildə vəfat edib. Ailəli idi. Bir qızı və bir oğlu vardır.
İstinadlar
Ədəbiyyat
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : TAPDIQ Dövlətxan oğlu Qurbanəliyev : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 18 Dec 2020 - 7 May 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
Video-çarxlar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |