Cahangir xan Xoyski

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:11, 29 dekabr 2021 tarixli dəyişiklik

Xoyski Cahangir xan İskəndər xan oğlu - çar ordusunun general-mayoru.

Cahangir xan Xoyski
Cahangir xan İskəndər xan oğlu Xoyski
Cahangir xan Xoyski.jpg
Cahangir xan Xoyski
Anadan olub 1849
Anadan olduğu yer Gəncə
Vəfat edib 1920
Vəfat etdiyi yer Gəncə

Həyatı

Cahangir xan İskəndər xan oğlu Xoyski, Sankt-Peterburq Universitetinin hüquq fakultəsini qurtarıb. Titulyar müşavir. Nuxa məhkəməsində hüquq məsləhətçi, tərcüməçi vəzifəsində işləyib. 1907-1909-cü illərdə Gəncə şəhər Upravasında hüquq borosunda hüquq məsləhətçisi, 1908-1909-cü illərdə Gəncə şəhər Dumasının deputatı seçilmişdir.

Ailəsi

Cahangir xanın həyat yoldaşı Səltənətbəyim xanım olmuşdur. Onların dörd övladı vardı: Əmiraslan xan (1885-1952), Sarabəyim xanım (1888-1942), Sehranbəyim xanım (1892-1964), Teymur xan (1895-?). Cahangir xan 1920-ci ildə Gəncədə vəfat edib.