Cahangir xan Xoyski
Cahangir xan Xoyski | |
---|---|
Xoyski Cahangir xan İsgəndər xan oğlu | |
Cahangir xan Xoyski. | |
Anadan olub | (9) 21 sentyabr 1849 |
Vəfat edib | 1920 |
Həyat yoldaşı | Səltənət bəyim |
Uşaqları | Əmiraslan xan, Sara bəyim, Sehran bəyim, Teymur xan |
Atası | İsgəndər xan Xoyski |
Anası | Səadət bəyim |
Cahangir xan Xoyski (1849–1920) — peşəkar hüquqşünas və ictimai fəal. Rusiya İmperiyasının titulyar müşaviri(ru) mülki rütbəsinə də malik olub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) əsas qurucularından biri olan Fətəli xan Xoyskinin böyük qardaşı idi.
Haqqında məlumatlar
21 (9) sentyabr 1849-cu il tarixdə anadan olub.
Təhsili
Bəzi qaynaqlarda Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirdiyi qeyd edilsə də, bunun nə dərəcədə doğru olub-olmaması məlum deyil.
Əmək fəaliyyəti
Əvvəl Nuxa (indiki Şəki) məhkəməsində,
1907 – 1909-cu illərdə isə Yelizavetpol (indiki Gəncə) Şəhər İdarəsi hüquq bürosunda hüquq məsləhətçisi vəzifəsində çalışıb.
İctimai aktivliyi
1908 – 1909-cu illərdə Yelizavetpol Şəhər Dumasının deputatı olub.
Vəfatı
1920-ci ildə Gəncədə vəfat edib.
Ailəsi
Atası: general-leytenant İsgəndər xan Xoyski (≈1819–1894);
Anası: Səadət bəyim (1819–1892);
Həyat yoldaşı: Səltənət bəyim;
Övladları: Əmiraslan xan (1885–1952), Sara bəyim (1888–1942), Sehran bəyim (1892–1964), Teymur xan (1895–?).
Nəsil şəcərəsi
İsmayıl xan | Hacı Tuti ağa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsgəndər xan Xoyski | Səadət bəyim | Zaman bəy Şeyxəlibəyov | Səkinə bəyim | Həsən xan Sultanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət bəyim | Cahangir xan Xoyski | Səltənət bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfşan xanım | Əmiraslan xan Xoyski | Sara bəyim | Sehran bəyim | Teymur xan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfər ağa | Bilqeyis bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azad Cahangirli | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ədəbiyyat
- Исмаилов Э.Э. Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 49. — ISBN 9952-25-001-3.
- Mərdanov M.C, Tahirzadə Ə.Ş. XOYSKİ Əmir(aslan) xan Cahangir xan oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 362 – 367. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 avqust 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |