İsmayıl Alxazov

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:32, 14 yanvar 2022 tarixli redaktə

İsmayıl Alxazov (rus.: Алхазов Исмаил Мамед оглы) (1927–2008) — görkəmli hüquqşünas; uzun müddət SSRİ Ali Məhkəməsində işləmiş, 20 ilə yaxın müddət ərzində SSRİ Ali Məhkəməsinin hakimi olmuşdur.

İsmayıl Alxazov
Alxazov İsmayıl Məmməd oğlu
İsmayıl Alxazov
bayraqSSRİ Ali Məhkəməsinin hakimibayraq
1972 — 1991
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1927(1927-01-16)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2008(2008-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (81 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1944 – 1948)
Təltifləri Заслуженный юрист РСФСР
"Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni

Haqqında məlumatlar

16 yanvar 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1944 – 1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1951 – 1952-ci illərdə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Soveti Maarif Nazirliyinin səlahiyyətli nümayəndəsi olub.

1952 – 1972-ciillərdə SSRİ Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasında baş məsləhətçi işləyib.

1972 – 1991-ci illərdə SSRİ Ali Məhkəməsinin üzvü olub və SSRİ Ali Məhkəməsində Qafqazı təmsil edib.

1989-cu ildə I dərəcəli hakim dərəcəsi alıb.

Təltif və mükafatları

Vəfatı

2008-ci ildə – 81 yaşında, Moskvada vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Alxazov İsmayıl // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 48-49. — 600 nüsx. — ISBN 5-8066-1708-4.