Fikrət Qafarov

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:40, 2 fevral 2022 tarixli redaktə

Fikrət Qafarov — tanınmış həkim-travmatoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun əl cərrahiyyəsi şöbəsinin rəhbəri.

Fikrət Qafarov
Qaffarov Fikrət Məmməd oğlu
Fikrət Qafarov
Fikrət Qafarov
Doğum tarixi 23 iyul 1952 (1952-07-23) (72 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
İş yeri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, əl cərrahiyyəsi şöbəsi (şöbə rəhbəri)
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1969–1975)

Haqqında məlumatlar

23 iyul 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1969-cu ildə Şəki şəhər 3 №-li orta məktəbini bitirib.

1969 – 1975-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

1984-cü ildə “Əlin və barmaqların bükücü vətərlərinin ilkin təxirəsalınan tikişi” mövzusu üzrə namizədlik,

1993-cü ildə “Yuxarı ətrafların ağır müştərək zədələnmələri və onların fəsadlarında bir mərhələdə aparılan kombinə edilmiş cərrahi əməliyyatlar” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Dünyanın bir çox ölkələrində 100-dən çox çap olunmuş elmi işlərin, 8 ixtiranın, 20-dən çox səmərələşdirici təklifin müəllifidir.

Əmək fəaliyyəti

1975-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda işləyir; o cümlədən, bir müddət plastik cərrahiyyə şöbəsinin, sonra isə əl cərrahiyyəsi şöbəsinin rəhbəri olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qafarov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 324-325. — 1.000 nüsx.
  2. Mete Ə. Tibb elmləri doktoru və namizədi olan həkimlər haqda qısa məlumat // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 369. — 500 nüsx.