Amil Salamov
Amil Salamov (1930–1999) — tanınmış rəssam-pedaqoq, Azərbaycan Rəssamlar İttifaqının Şəki şöbəsinin rəhbəri.
Amil Salamov | |
---|---|
Salamov Amil Hüseyn oğlu | |
Amil Salamov, 1970-ci il. | |
Doğum tarixi | 1 mart 1930 |
Vəfat tarixi | 7 iyul 1999 (69 yaşında) |
Vəfat yeri | Nuxa (indiki Şəki), Zaqatala-Şəki mahalı, Azərbaycan SSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1945–1950) |
Janrı | qrafika və rəngkarlıq |
Haqqında məlumatlar
1 mart 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1945 − 1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.
Hərbi xidmət
1950 – 1954-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib.
Əmək fəaliyyəti
1954 – 1999-cu illərdə – müxtəlif vaxtlarda, Nuxadakı/Şəkidəki pionerlər evində, pedaqoji exnikumda, 10 №-li orta məktəbdə, ipəkçilik texnikumunda rəsm müəllimi, M.Füzuli adına mədəniyyət və istirahət parkının rəssamı kimi fəaliyyət göstərib.
Yaradıcılığı
Yaradıcılığının əsas istiqaməti qrafika və rəngkarlıq olub.
Rəssamlar İttifaqında
1973-cü ildən Azərbaycan SSR Rəssamlar İttifaqının üzvü və İttifaqın Şəki şöbəsinin rəhbəri,
1977-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.
Vəfatı
7 iyul 1999-cu il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Salamov Amil // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 337. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |