Məmməd Çələbiyev

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 19:29, 4 avqust 2022 tarixli redaktə

Məmməd Çələbiyev (1923–1987) — yazıçı və dramaturq, 4 bədii kitabın, o cümlədən, Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərakatında iştirakına dair “Haronnaya gəlin gəlir” kitabının müəllifi; qələmə aldığı dram əsərlərindən üçü sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.

Məmməd Çələbiyev
Çələbiyev Məmməd Musa oğlu
Məmməd Çələbiyev
Məmməd Çələbiyev, 1970.
Təxəllüsü Şəkili
Doğum tarixi 1 aprel 1923(1923-04-01)
Doğum yeri İnçə, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR
Vəfatı 3 avqust 1987 (64 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Təhsili

Nuxa Pedaqoji Texnikumu (1937–1940)

Azərbaycan Dövlət Pedaqoji İnstitutu, azərbaycan dili və ədəbiyyatı fakültəsi (1952–1956)

Haqqında məlumatlar

1 aprel 1923-cü il tarixdə Nuxa qəzasının İnçə kəndində anadan olub.

Təhsili

1930 – 1937-ci illərdə İnçə-Zunud kənd məktəbində,

1937 – 1940-cı illərdə Nuxa Pedaqoji Texnikumunda,

1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsində (qiyabi) təhsil alıb.

Böyük Vətən müharibəsindəə

1941-ci ilin 22 dekabrında Sovet Ordusu sıralarına çağırılıb.

Stalino, Mateyevka, Cənubi Ukrayna cəbhələrində vuruşub, 1942-ci ildə ağır yaralanıb və ordudan tərxis olunub.

Əmək fəaliyyəti

1940-cı ilin 8 martından Nuxa rayonunun Aşağı Şabalıd kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1943 – 1961-ci illərdə İnçə-Zunud 7 illik kənd məktəbində müəllim, direktor müavini və direktor işləyib.

1961 – 1972-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında şöbə müdiri və məsul redaktor,

1972 – 1974 -ci illərdə Şəki Pedaqoji Texnikumunda,

1974 – 1987-cü illlərdə Şəki Musiqi Texnikumunda dil və ədəbiyyat müəllimi işləyib.

ədəbi yaradıcılığı

1956-ci ildən ədəbi yaradıcılığa başlayıb. Hekayələri respublika qəzet və jurnallarında, Şəkidə çıxan qəzetlərdə çap olunub. “Qızlar bəzək sevir” povesti “Azərbaycan” jurnalında (1965, №5-6) dərc olunub. “Təmkin” povesti həm “Azərbaycan” jurnalında (1971, №3) və həm də ayrıca kitab kimi "Yazıçı" nəşriyyatında (1983) çap olunub. Qələmə aldığı dram əsərlərindən üçü öz sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub: “Hökm” (1981), “Fədai” (1983), Yaşıl işıq (1985).

Kitabları

  1. Təmkin – “Yazıçı” nəşriyyatı, 1983;
  2. Bir yay günü – “Yazıçı” nəşriyyatı, 1987;
  3. Zoğal ağacları – “Mütərcim” nəşriyyatı, 1998;
  4. Haronnaya gəlin gəlir – “Mütərcim” nəşriyyatı, 1998.

Vəfatı

3 avqust 1987-ci il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Çələbiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 101. — 1.000 nüsx.