Rəşid Axundov
Rəşid Axundov (1854–1909) — Mirzə Fətəli Axundovun oğlu, Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunun məzunu, 9-cu dərəcəli yol mühəndisi. Rusiya İmperiyasının quberniya katibi(ru) mülki məmur rütbəsini də daşıyıb, həmçinin, fransızcadan ruscaya və azərbaycancaya bədii tərcümə işi ilə məşğul olub.
Rəşid Axundov | |
---|---|
Axundov Rəşid Mirzə Fətəli oğlu | |
Rəşid Axundov. | |
Anadan olub | 9 fevral 1854 | (28 yanvar)
Anadan olduğu yer | Tiflis, Tifslis quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | yanvar 1909 | (55 yaşında)
Atası | Mirzə Fətəli Axundov |
Anası | Tubu Axund Hacı Ələsgər qızı |
Vətəndaşlıq | Rusiya İmperiyası |
İxtisası | yol mühəndisi |
Təhsili | Sankt-Peterburq Yol Mühəndisləri İnstitutu ( – 1884) |
Haqqında məlumatlar
9 fevral (28 yanvar) 1854-cü il tarixdə Tiflisdə anadan olub.
Təhsili
1863 – 1872-ci illərdə Tiflis 1-ci klassik gimnaziyasında təhsil alıb.
1874-cü ildə Belçika Liberal Universitetinə daxil olub, lakin 1882-ci ildə təhsilini yarımçıq buraxaraq Tiflisə qayıdıb.
1884-cü ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1884-cü ildə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayıb.
1895-ci ildə Tiflisdə mühəndis işləyirdi.
1905-ci ildə quberniya katibi(ru) mülki məmur rütbəsində olub və Qafqaz Dairəsi Yollar İdarəsinin sərəncamındakı 9-cu dərəcəli mühəndis vəzifəsinin icraçısı idi.
Ədəbi yaradıcılığı
1872-ci ildə – 18 yaşında, “Şarl Mismerin Ali paşaya məktubu” fəlsəfi əsərini fransızcadan ruscaya çevirib.
Həmçinin, hələ Tiflisdə gimnaziyada oxuyarkən “Tarixin panteonu” adlı 407 səhifədən ibarət ensiklopedik lüğət də tərtib etmişdir. Qədim tarix, orta əsrlər tarixi, yeni dövr tarixi və Rusiya tarixi kimi 4 bölümdən ibarət bu əsər azərbaycan dilində tərtib olunmuş ilk ensiklopedik sözlüklərdəndir.
1899-cu ildə Mirzə Şərif Mirzəyevlə birgə M.F.Axunuvun “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində dərc etdirib.
Həmçinin, Alfred dö Breanın “Bir balaca parijlinin həyatı” romanını fransızcadan azərbaycan dilinə çevirib[qeyd 1]. Bu əsər fransız dilindən azərbaycan dilinə ilk birbaşa bədii tərcümədir.
İctimai aktivliyi
1906-cı ildən Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü olub.
Vəfatı
1909-cu ilin yanvar ayında – 55 yaşında, tapançadan atəş açaraq özü-özünü öldürmüşdür.
Ailəsi
Məlikcahan xanım Hacı Böyük bəy qızı Nurubəyova (1870 – 1927) ilə ailə qurmuşdur.
Fətəli adlı bir oğlu olub.
Ailə fotoşəkilləri[qeyd 2]
Mirzə Fətəli Axundov (Rəşid Axundovun atası).
Qeydlər
- ↑ M.F.Axunovun sənədləri arasında tapılan “Jan Blan və ya balaca skripkaçı” (yaxud “Balaca parijlinin həyatı”) romanı onun əsəri sayılaraq onun adı altında da nəşr edilib. Ancaq sonrakı araşdırmalar təsdiq edib ki, bu, fransız yazıçısı Alfred dö Breanın eyni adlı romanının dilimizə tərcüməsindən başqa bir şey deyil, tərcüməçi isə Rəşid bəy Axundzadədir.
- ↑ Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.
Ədəbiyyat
- Mərdanov M.C., Tahirzadə Ə.Ş. Axundxadə Rəşid bəy Mirzə Fətəli oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 386 – 391.
- Axundzadə Rəşid // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 226-227. — ISBN 978-9952-441-02-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |