Zümrüd Dadaşzadə

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:18, 2 iyun 2020 tarixli dəyişiklik

Zümrüd Dadaşzadə (Dadaşzadə Zümrüd Araz qızı; d.  2 iyun 1962-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı müsiqişünas alim, sənətşünaslıq elmləri namizədi (1997), professor (2013), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1987), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011).

Zümrüd Dadaşzadə
Dadaşzadə Zümrüd Araz qızı
Zümrüd Dadaşzadə
Zümrüd Dadaşzadə, 2018-ci il
Doğum tarixi 2 iyun 1962 (1962-06-02) (62 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi sənətşünaslıq elmləri namizədi (1997)
Elmi adı professor ()
Təhsili
  • Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası, tarix-nəzəriyyə fakültəsi (1980 – 1985);
  • Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturası (1989 – 1992)

Haqqında məlumatlar

1962-ci ildə Bakıda anadan olub.

1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla,

1985-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1989 – 1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) oxuyub.

1985 – 1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

1987-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür; 1990 – 2007-ci illərdə İdarə Heyətinin üzvü olub.

Elmi fəaliyyət

Tələbəlik illərindən elmi fəaliyyətlə məşğul olur. Novosibirsk (1981), Almatı (1982), Tbilisi (1983) şəhərlərində keçirilən Ümumittifaq elmi-nəzəri konfranslarda iştirak edib, Leninqrad Ümumittifaq olimpiadasında (1983) “İncəsənətin tarixi və nəzəriyyəsi” bölməsi üzrə qaliblərdən biri olmuşdur. 1988-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasında dərs deyir.

1997-ci ildə sənətşünaslıq elmləri namizədi elmi dərəcəsi,

2001-ci ildə dosent,

2013-cü ildə professor elmi adını alıb.

Digər istiqamətlərdə fəaliyyəti

Avropa Şurasının “Stage” layihəsi çərçivəsində reallaşdırılan “Azərbaycan Respublikasında Mədəniyyət Siyasəti” məruzəsinin müəlliflərindən biridir. YUNESKO-nun təşkil etdiyi “Sivilizasiyaların dialoqu: Cənubi Qafqaz” (Vilnüs,2003), “Mədəniyyət dəhlizi: GUÖAM ölkələri” (Bakı, 2003) beynəlxalq forumlarında, habelə bir sıra Respublika və Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən “Muğam Aləmi” I Beynəlxalq simpoziumunda (Bakı, 2009), “Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar, perspektivlər” Beynəlxalq konfransında (Bakı, 2009), “Türkdilli xalqların musiqi alətləri” Beynəlxalq simpoziumunda (Bakı, 2010), ADMİU-nun gerçəkləşdirdiyi “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” Beynəlxalq elmi-praktiki konfransda (Bakı, 2014) iştirak edib.

M.Maqomayevin 60 illiyinə (2002), A.Məlikovun 75 illiyinə (2008), S.Hacıbəyovun 90 illiyinə və İ.Hacıbəyovun 60 illiyinə (2009), Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə (2009), Ə.Cavidin 90 illiyinə (2009), E.Abasovanın xatirəsinə (2010), F.Əlizadənin (2012), A.Tağızadənin (2014) yubileylərinə həsr olunmuş elmi-praktiki konfranslarda çıxış ebib.

Bir çox radio və televiziya verilişlərinin, o cümlədən, 1986 – 1989-cu illərdə “Xaqani, 27” televiziya silsiləsinin müəllifi və aparıcısı olub. Bir sıra televiziya kanalları ilə (İTV, AzTV və s.) əməkdaşlıq edir.

2008-ci ildən “Eurovision” mahnı müsabiqəsinə ekspert kimi dəvət olunub, 2011, 2012, 2014-cü illərdə Avroviziya təmsilçimizin seçimi üzrə yarışmanın (milli seçim turlarının) münsiflər heyətinin üzvü olub. 2008-ci ildə isə beynəlxalq münsiflər heyətinin Azərbaycan tərəfindən nümayəndəsi kimi səsvermədə iştirak edib.

Kitabları

  1. Aqşin Əlizadə. Bakı: Şur, 1992;
  2. Simfoniyanın fəzası. 1970-80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər. Bakı: Elm, 1999;
  3. “Biz də dünyanın bir hissəsiyik...”. Məqalələr toplusu. Bakı: Nurlan, 2004;
  4. Azərbaycan simfoniyası (1960-1980-ci illər). Bakı: Ziya, 2012;
  5. Zemfira Səfərova. Bakı: Şərq-Qərb, 2014;
  6. Elnarə Dadaşova. Bakı: Şərq-Qərb, 2015;
  7. Bəstəkar Ədilə Hüseynzadə. Məhəbbətlə doğulmuşam. Bakı: Maxofset, 2019;

Mükafatları

  • “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adı (2011).

Ailəsi

  • Tanınmış şəxsiyyət Məmməd Arif babasıdır.
  • İlk azərbaycanlı qadın alimlərdən biri Zümrüd Axundova nənəsidir[1].
  • Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, əməkdar elm xadimi Araz Dadaşzadə atasıdır.

İstinadlar