Məmmədəmin Bəkirov

Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 21:40, 4 sentyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Məmmədəmin Bəkirov (1925–2009) — fizika-riyaziyyat elmləri doktoru, professor.

Məmmədəmin Bəkirov
Bəkirov Məmmədəmin Yaqub oğlu
Məmmədəmin Bəkirov
Məmmədəmin Bəkirov.
Doğum tarixi 1 sentyabr 1925(1925-09-01)
Doğum yeri Baş Layısqı, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 29 yanvar 2009 (83 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili

 • Nuxa Dövlət Müəllimlər İnstitutu (–1947)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat fakültəsi (–1951)

Haqqında məlumatlar

31 may 1925-ci il tarixdə Nuxa qəzasının Baş Layısqı kəndində anadan olub.

Təhsili

1947-ci ildə Nuxa Dövlət Müəllimlər İnstitutunu,

1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

Hərbçi fəaliyyəti

Ali məktəbi qurtardıqdan sonra Leninqrad Hərbi Dəniz Akademiyasında dinləyici olub, daha sonra isə Qara dəniz hərbi donanmasında qulluq edib.

Əmək fəaliyyəti

1956-cı ildə Azərbaycan SSR EA Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülüb,

1971-ci ildən isə həmin institutda fotoelektrik çeviriciləri laboratoriyasının rəhbəri olub.

1984 – 1992-ci illərdə Azərbaycan SSR EA-da/AMEA-da radiasiya tədqiqatları bölməsinə rəhbərlik edib.

1992-ci ildən əmək və elmi fəaliyyətini Rusiya Federasiyasında davam etdirib.

Elmi fəaliyyəti

Yarımkeçiricilərdə fotoeffekt hadisələrinin ilk tədqiqatçılarından biridir. Bu tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, müasir yarımkeçirici fotoelementlər vasitəsilə günəş enerfisini elektrik enerfisinə çevirib geniş miqyasda istifadə etmək olar. 1960-cı ildə selen yarımkeçiricisindən ilk dəfə günəş batareyası düzəldib radioqəbuledicini səsləndirmişdir.

1976 -cı ildə namizədlik,

1981-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

200-dən çox məqalənin, 5 monoqrafiyanın, 70 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Təltif və mükafatları

Bəzi işləri SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş və bürünc medallarına layiq görülüb.

Vəfatı

29 yanvar 2009-cu il tarixdə – 83 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Bəkirov Məmmədəmin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 69-71. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. Bəkirov Məmmədəmin Yaqub oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 75. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.