Azad Əhmədov

Mammadov2 (Müzakirə | töhfələr) (→‎Vəfatı) tərəfindən edilmiş 20:55, 15 oktyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Azad Əhmədov (1939–1990) — rabitəçi-mühəndis, Bakı şəhər Mərkəzi Telefon Qovşağının baş mühəndisi. Daha əvvəllər Bakı şəhər Oktyabr (indiki Yasamal) rayon telefon qovşağının rəisi və s. bu kimi bir sıra məsul vəzifələrdə də çalışmışdır.

Azad Əhmədov
Əhmədov Azad Allahyar oğlu
Azad Əhmədov
Azad Əhmədov.
Anadan olub 18 sentyabr 1939(1939-09-18)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 15 oktyabr 1990 (51 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Allahyar Əhmədov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Bakı Elektrotexniki Rabitə Texnikumu (1957–1960)

 • Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, axşam şöbəsi (1964–)

Haqqında məlumatlar

18 sentyabr 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1947 – 1957-ci illərdə M.Qorki adına Nuxa 10 №-li orta məktəbində,

1957 – 1960-cı illərdə Bakı Elektrotexniki Rabitə Texnikumunda təhsil alıb.

1964-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsinə daxil olub.

Hərbi xidmətdə

1960 – 1963-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1963-cü ildən Nuxa şəhər ATS-ində elektromexanik,

1964 – 1968-ci illərdə Bakı şəhərindəki 65 indeksli ATS-də böyük elektromexanik,

1968 – 1969-cu illərdə Bakı şəhərindəki 93 indeksli ATS-də böyük mühəndis,

1969 – 1977-ci illərdə Mərkəzi Telefon Qovşağında baş mühəndis, daha sonra müxtəlif illərdə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayon telefon qovşağının rəisi, Tikilən Müəssisələrin Direktorluğunun rəisi, Bakı şəhər Telefon Şəbəkəsinin mərkəzi abonent şöbəsinin rəisi, Mərkəzi Telefon Qovşağının baş mühəndisi vəzifəsində çalışıb.

Vəfatı

15 oktyabr 1990-cı il tarixdə – 51 yaşında, Bakıda faciəli şəkildə vəfat edib.

Ailəsi

Ailəli idi. 2 övlad atası olub.

Ədəbiyyat

  1. Bəşirov R., Hacıyev N. Əhmədov Azad Allahyar oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 168.
  2. Əhmədov Azad Allahyar oğlu // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 102. — ISBN 978-9952-8176-4-5.