Ələddin Sultanov

Mammadov2 (müzakirə | redaktələr) (→‎Kitabları) tərəfindən edilmiş 23:03, 5 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Ələddin Sultanov — ərəbşünas, dinşünas, fəlsəfə üzrə fəlsəfə doktoru, Zaqatala İslam Kollecinin baş müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi.

Ələddin Sultanov
Sultanov Ələddin Osman oğlu
Ələddin Sultanov
Ələddin Sultanov (22 may 2017).
Doğum tarixi 1 sentyabr 1981 (1981-09-01) (43 yaş)
Doğum yeri Şorsu, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi fəlsəfə, ərəb ədəbiyyatı, dinşünas
Elmi dərəcəsi fəlsəfə üzrə fəlsəfə doktoru
Təhsili

 • Səlcuq Universiteti (Türkiyə), fən-ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat (2000–2002)

 • İstanbul Universiteti (Türkiyə), ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat (2000–2002)

 • Səlcuq Universiteti (Türkiyə) Sosial Elmlər İnstitutu, ərəb dili və ədəbiyyatı bölməsi, magistratura (2002–2005)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

1 sentyabr 1981-ci il tarixdə Şəki rayonunun Şorsu kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1988 – 1997-ci illərdə Şorsu kənd tam orta məktəbində,

1997 – 1998-ci illərdə Şin kənd tam orta məktəbində,

1998 – 2000-ci illərdə Səlcuq Universitetinin (Türkiyə) fən-ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),

2000 – 2002-ci illərdə İstanbul Universitetinin (Türkiyə) ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),

2002 – 2005-ci illərdə ildə Səlcuq Universitetinin (Türkiyə) Sosial Elmlər İnstitutunun ərəb dili və ədəbiyyatı bölməsində (magistratura) təhsil alıb.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

2007-ci ildə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunun təfsir bölməsinin doktoranturasına daxil olub.

2017-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

7 elmi məqaləsi və 5 kitabı çap olunub.

Kitabları Vizual/Mobil redaktə

  1. Qurani-Kərim və Sözbəsöz Tərcüməsi, “İpəkyolu” nəşriyyatı, Bakı 2012.
  2. Qurani-Kərim və Məalı, “İpəkyolu” nəşriyyatı, Bakı 2020.
  3. Quranda möminlərin xüsusiyyətləri (həmmüəllif), “İpəkyolu” nəşriyyatı, Bakı 2019.
  4. Qurani-Kərimin qəlbi Yasin surəsinin təfsiri, “İpəkyolu” nəşriyyatı, Bakı 2021.
  5. Haqqa dəvət (yeddi surənin təfsiri) (həmmüəllif), “İpəkyolu” Nəşriyyatı, Bakı 2021.
  6. Dünya nasıl yaratıldı?, “Erkam” nəşriyyatı, İstanbul 2023.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

2002 – 2006-cı illərdə Şəki Pedaqoji Texnikumunda ərəb dili fənni üzrə müəllim,

2014 – 2020-ci illərdə Bakı İslam Universitetində təfsir və ərəb dili fənləri üzrə müəllim işləyib.

2020-ci ilin sentyabr ayından Zaqatala İslam Kollecində baş müəllim vəzifəsində çalışır.

25.01.2021-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisidir.

Ailəsi Vizual/Mobil redaktə

Evlidir, üç övladı var.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Sultanov Ələddin Osman : [arx. 12 Sep 2018 - 21 Mar 2023] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 05.11.2023.