Məmmədhənifə Musayev

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 18:32, 17 noyabr 2023 tarixli redaktə

Məmmədhənifə Musayev (1941–2004) — pedaqoq-alim, professor; müxtəlif illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutun rektoru, Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi vəzifələrində çalışıb. 2015 və 2020-ci illərdə 110 saylı Zaqatala Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Elşən Musayevin atasıdır.

Məmmədhənifə Musayev
Musayev Məmmədhənifə Ramazan oğlu
Məmmədhənifə Musayev
Məmmədhənifə Musayev, 1998-ci il.
Doğum tarixi 2 sentyabr 1941(1941-09-02)
Doğum yeri Oxud, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 noyabr 2004 (63 yaşında)
Elm sahəsi pedaqigika
Elmi dərəcəsi elmlər namizədi
Elmi adı professor
Təhsili

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1958–1962)

 • Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutu, aspirantura (1969–1972)
Evladları Elşən Musayev, Mətanət Musayeva, Təranə Musayeva
Atası Ramazan Musayev
Anası Səfurə Musayeva

Haqqında məlumatlar

2 sentyabr 1941-ci il tarixdə Nuxa rayonunun Oxud kəndində anadan olub.

Təhsili

1958-ci ildə Oxud kənd məktəbini bitirib.

1958 – 1962-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda,

1969 – 1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1962 – 1963-cü illərdə Vartaşen rayonunda ibtidai sinif müəllimləri hazırlayan birillik kursun rəhbər-müəllimi olub.

1964 – 1969-cu illərdə Vartaşen rayon təhsil şöbəsində inspektor işləyib.

1972-ci ildən Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun pedaqogika-psixologiya kafedrasında baş müəllim,

1978 – 1984-cü illərdə direktor və pedaqogika-psixologiya kafedrasının müdiri olub.

1984 – 1999-cu illərdə təhsil nazirliyində işləmişdir.

1999 – 2001-ci illərdə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun rektoru,

2001 – 2004-cü illərdə isə Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi olub.

Elmi fəaliyyəti

1974-cü ildə elmlər namizədi elmi dərəcəsi,

1997-ci ildə professor elmi adını alıb.

“Azərbaycan dili” dərsliyinin, bir çox dərsliklərin, dərs vəsaitlərinin, 500-dək elmi, metodik, bədii, publisistik məqalənin müəllifidir.

İctimai fəallığı

1980 – 1985-ci illərdə SSRİ Maarif Nazirliyinin Elmi Şurasının üzvü olub.

“Şəki” Xeyriyyə Cəmiyyətinin təsisçisidir.

1995 – 2004-cü illərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri olub.

Azərbaycanın radio və televiziya kanallarında təhsil proqramları üzrə verilişlərin aparıcısı olub.

Təltif və mükafatları

  • Azərbaycan SSR Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı.
  • “SSRİ Maarif əlaçısı” döş nişanı.

Vəfatı

17 noyabr 2004-cü il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.

Ailəsi

  • Atası: Ramazan Musayev Şəki rayonunun Oxud kənd sakini.
  • Anası: Səfurə Musayeva Şəki rayonunun Oxud kənd sakini.
  • Oğlu: Elşən Musayev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri.
  • Qızı: Mətanət Musayeva, həkim.
  • Qızı: Təranə Musayeva, Azərbaycan Tibb Universitetinin müəllimi.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Musayev Məmmədhənifə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 419-421. — 1.000 nüsx.
  2. Mete Ə. Məmmədhənifə müəllim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 124-125. — 500 nüsx.