Rafiq Abdullayev

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:15, 26 yanvar 2024 tarixli dəyişiklik

Rafiq Abdullayev — tanınmış energetik və birinci dərəcəli dövlət qulluqçusu. Energetika sahəsi üzrə bir sıra vəzifələrdə çalışmış, o cümlədən, 2006–2016-cı illərdə Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Enerji Nəzarəti İdarəsi rəisinin müavini olmuşdur.

Rafiq Abdullayev
Abdullayev Rafiq Bəxtiyar oğlu
Rafiq Abdullayev
Rafiq Abdullayev.
Anadan olub 27 yanvar 1953 (1953-01-27) (71 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Əfsər Abdullayev
İxtisası energetik
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, energetika fakültəsi (1970 – 1975)
Mükafatları "Tərəqqi" medalı
facebook səhifəsi

Haqqında məlumatlar

27 yanvar 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1959 – 1969-cu illərdə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbində,

1970 – 1975-ci illərdə isə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsində təhsil alıb.

1976 və 1980-cı illərdə Leninqrad İxtisasartırma İnstitutunun kurslarında təhsilini artırıb.

Əmək fəaliyyəti

1975 – 1983-cü illərdə “Azenerjisazlama” müəssisəsində mühəndis, böyük mühəndis,

1983 – 1984-cü illərdə “Dövlətenerjinəzarət” idarəsində inspektor vəzifəsində çalışıb.

1984-cü ildə ölkə Enerjinəzarət İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinə sədr seçilib.

1987 – 1997-ci illərdə yenidən “Dövlətenerjinəzarət” idarəsində inspektor, sonra sex rəisi, daha sonra inspektorluğun rəisi,

1997 – 2006-cı illərdə “Azərenerji” ASC və “BAYVA Enerji” ASC-də enerjisatışı üzrə şöbə rəisi, idarə rəisinin müavini, baş menecerin müavini,

2006 – 2016-cı illərdə Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Enerji Nəzarəti İdarəsi rəisinin – Azərbaycan Respublikası Baş Dövlət Müfəttişinin müavini olub.

2016-cı ildə dövlət qulluğu üzrə pensiyaya çıxıb.

Təltif və mükafatları

  • “SSRİ Dövlət Şəhər Texniki Nəzarətinin ən yaxşı inspektoru” (rus.: Лучший инспектор госгортехнадзор СССР) döş nişanı;
  • SSRİ Dövlət Enerji Nəzarətin yubiley döş nişanı;
  • Azərbaycan Respublikası Energetika Nazirliyinin fəxri fərmanı;
  • Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının fəxri fərmanı;
  • “Tərəqqi” medalı (2014).

Ailəsi

Ailəlidir, iki qızı, bir oğlu var.