Aydın Abbaslı
Aydın Abbaslı — tanınmış seysmoloq, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyasının müdiri.
Aydın Abbaslı | |
---|---|
Abbasli Aydın Qurban oğlu | |
Aydın Abbaslı. | |
Doğum tarixi | 11 may 1954 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyası (müdir) |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, geoloji kəşfiyyat fakültəsi, dağ mühəndisi-geofizik ixtisası (1973 – 1978) |
İxtisası | seysmoloq, dağ mühəndisi-geofizik |
Haqqında məlumatlar
11 may 1954-cü il tarixdə Nuxada (indiki Şəki) pedaqoq ailəsində anadan olub.
Təhsili
1971-ci ildə Şəki şəhər Nizami adına 7 №-li orta məktəbini bitirib.
1972 – 1973-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun hazırlıq fakültəsində,
1973 – 1978-ci illərdə isə həmin institutun geoloji kəşfiyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1969 – 1970-ci illərdə orta məktəbdə oxumaqla bərabər Gənc Texniklər Stansiyasında aviamodel dərnəyinin rəhbəri,
1971 – 1972-ci illərdə Şəki İpək Kombinatında fəhlə,
1978-ci ilin oktyabr – dekabr aylarında Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun ‘’Geofizika’’ Elmi Mərkəzinin qravimetriya laboratoriyasında mühəndis,
1979-cu il yanvar ayının 1-dən 2005-ci ilin may ayının sonunadək Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Şəki Seysmik Stansiyasında əvvəl mühəndis, sonra geofizik, daha sonra müdir müavini vəzifəsində,
1993-cü ildə 1 ay Şəki şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifə çalışıb.
2005-ci ilin iyun ayindan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyasının müdiridir.
Ailəsi
Məşhur tarzən Əhmədbəy Tahirovun nəvəsi, hüquq elmləri üzrə fəlsəfə doktoru və baş ədliyyə müşaviri İlham Abbasovun kiçik qardaşıdır.
Evlidir. İki oğlu, dörd nəvəsi var.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |