Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əhmədbəy Tahirov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əhmədbəy Tahirov
Tahirov Əhmədbəy Mahmud oğlu
Əhmədbəy Tahirov
Əhmədbəy Tahirov.
Şəxsi məlumatlar
Doğum tarixi 1887(1887-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi may may 1958(1958-05-00) (70 yaşında)
Vəfat yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Şövkət Tahirova (İsgəndərova)
Uşaqları Çingiz Tahirov, Baxşı Abbasova (Tahirova) və digər 3 qız

Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı

Əhmədbəy Tahirov (1866–1958) — tanımış tarzən-pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, hazırkı Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin yaradıcılarından biri və ilk direktoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1887-ci ildə Nuxada (indiki Şəki) anadan olub. Bəy nəslindən olmamışdır. Atası Mahmud dərzi idi.

Əmək və musiqiçi fəaliyyəti[redaktə | HTML redaktə]

Kiçik yaşlarından Nuxadakı ipək fabrikində fəhlə işləyib.

Uşaqlıqdan tar çalmağa böyük həvəs göstərib.

Gənclik illərindən el şənliklərində məşhur xanəndə Ələsgər Abdullayevi (Şəkili Ələsgər) və bir çox digər tanınmış xanəndələri müşayiət edib.

1917-ci ildə Nuxada ilk dəfə tar dərnəyi yaradıb.

1934 – 1940-cı illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının xalq çalğı alətləri orkestrinin tərkibində ifaçılıq edib. Eyni zamanda o, Nuxa Pedaqoji Texnikumunda uzun illər musiqi müəllimi işləyib.

1938-ci ilin sentyabr ayından Nuxa musiqi məktəbinin (indiki Şəki Şəhər Uşaq İncəsənət Məktəbi) direktoru olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1943).

Vəfatı[redaktə | HTML redaktə]

1958-ci ilin may ayının əvvəllərində – 70 yaşında, Nuxada vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.

Ailəsi[redaktə | HTML redaktə]

5 qızı və 1 oğlu olub.

Həyat yoldaşı Şövkət bəy nəslindən idi, Tiflis şəhərində qızlar gimnaziyasını bitirmişdi və rus dilini təmiz bilirdi. O, Əhmədbəyin vəfatından 2 il əvvəl – 1955-ci ildə, vəfat etmişdir.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Abbasov İ. Tarzən Əhmədbəy // Ədalət : qəzet. — Bakı, 2011. — В. 19 mart. — Səh. 17. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 Jun 2020 - 15 Jul 2020.
  2. Təhmirazqızı S. Əhmədbəy Tahirov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 81. — 300 nüsx.