Reyhan Miqdadqızı
Reyhan Mənəfova — filoloq, ədəbi tənqidçi və şairə, AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri.
Reyhan Mənəfova | |
---|---|
Mənəfova Reyhan Miqdad qızı | |
Reyhan Mənəfova. | |
Təxəllüsü | Reyhan Miqdadqızı |
Doğum tarixi | 31 may 1982 |
Atası | Miqdad |
Anası | Mətanət |
İxtisasları | filoloq və Azərbaycan ədəbi tənqidçisi |
Təhsili |
• Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya ixtisası, bakalavriat (2008–2012) • Azərbaycan Universiteti, Azərbaycan ədəbi tənqidçisi ixtisası, magistratura(2017– 2019) |
Adının digər versiyaları | Reyhan Manafova, Рейхан Манафова, Рејһан Мәнәфова |
facebook səhifəsi |
Haqqında məlumatlarRedaktə
31 may 1982-ci il tarixdə Şəkidə anadan olub.
TəhsiliRedaktə
1999-cu ildə Şəki şəhər 7 saylı orta məktəbini bitirib.
2008 – 2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bakalavr pilləsi üzrə,
2017 – 2019-cu illərdə Azərbaycan Universitetində magistr pilləsi üzrə təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
2014-cü ildə AMEA Şəki Regional Elmi Mərkəzində işləyir; o cümlədən,
2023-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Elmi və ədəbi-bədii fəaliyyətiRedaktə
35 elmi məqalə və konfrans materialının, 11 tezis, 30-dan çox elmi-publisistik məqalənin müəllifidir.
2 şeir kitabının müəllifidir.
3 kitabın tərtibçisi,1 kitabın elmi redaktoru, 1 kitabın bədii redaktorudur.
DigərRedaktə
2017-ci ildən Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə heyətinin üzvüdür.
2018 – 2019-cu illərdə “Pedaqogika” elmi jurnalının məsul katibi olub.
Dəfələrlə respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edib.
1 beynəlxalq və 1 respublika səviyyəli konfransın təşkilatçısı və iştirakçısıdır.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |