Rauf Qazıyev

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:27, 18 iyul 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Rauf Qazıyev (1937–2005) — texnika elmləri namizədi, dosent.

Rauf Qazıyev
Qazıyev Rauf Abdulla oğlu
Rauf Qazıyev
Rauf Qazıyev.
Doğum tarixi 18 iyul 1936(1936-07-18)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi oktyabr 2005(2005-10-00) (69 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi texnika
Elmi adı dosent
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, əvvəlcə neft-mədən fakültəsi, sonra isə istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsi, dağ mühəndisi–elektromexanik ixtisası (–1962)
Evladları Elşad, Aqşin və Anar Qazıyevlər.
Atası Abdulla Qazıyev
Anası Qönçə Qazıyeva

Haqqında məlumatlarRedaktə

18 iyul 1936-cı il tarixdə Bakıda anadan olub.

TəhsiliRedaktə

1955-ci ildə Bakı şəhər 6 №-li orta məktəbini,

1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsini,

1975-ci ildə Lensovet adına Leninqrad (indiki Sankt-Peterburq) Texnoloji İnstitutunun aspiranturasını bitirib.

Əmək fəaliyyətiRedaktə

Təyinatla M.İ.Kalinin adına maşınqayırma zavoduna (Leninqrad, indiki indiki Sankt-Peterburq) işləməyə göndərilib.

1969 – 1974-cü illərdə Azərbaycan KP Bakı şəhər Nərimanov rayon partiya komitəsində sənaye şöbəsinin müdiri,

1975 – 1996-cı illərdə Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnoloji İnstitutunda bölmə, laboratoriya və şöbə müdiri vəzifələrində çalışıb.

1996-cı ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dosent vəzifəsinə seçilib.

Elmi fəaliyyətiRedaktə

1975-ci ildə “Reaktoplastların emalı proseslərinin kompleks tədqiqatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1990-cı ildən baş elmi işçi (dosent) elmi adını alıb.

İctimai-siyasi fəaliyyətiRedaktə

1969 – 1974-cü illərdə Bakı şəhər Nərimanov rayon sovetinin deputatı olub.

VəfatıRedaktə

2005-ci ilin oktyabr ayında – 69 yaşında, Bakıda vəfat edib.

AiləsiRedaktə

Atası: Abdulla Məmməd oğlu Qazıyev, 1942-ci ildə Böyük Vətən müharibəsində zabit kimi (baş politruk) iştirak etmiş və itkin düşmüşdür (sonralar on ildən artıq müddət ərzində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi olmuş Rəfiqə Qazıyevanın əmisi oğlu idi).

Anası: Qönçə İsmayıl qızı Qazıyeva (1916–1992), Azərbaycan SSR əməkdar həkimi, tibb elmləri namizədi olub və uzun müddət 26 Bakı Komissarları adına Bakı şəhər 1-ci dəmiryol xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. İynəbatırma üsulunun Azərbaycanda işlənməsinin ilk təşəbbüskarlarından biri idi.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Qazıyev Rauf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 314-315. — 1.000 nüsx.