Sabir Qafarov — texniki elmlər namizədi, AMEA M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi.

Sabir Qafarov
Qaffarov Sabir İbrahimxəlil oğlu
Sabir Qafarov
Sabir Qafarov.
Doğum tarixi 3 sentyabr 1949 (1949-09-03) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi texnologiya
Elmi dərəcəsi texniki elmlər namizədi
Elmi adı baş elmi işçi

Haqqında məlumatlar

3 sentyabr 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Əmək fəaliyyəti

1972-ci ildən Azərbaycan SSR EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna işə qəbul edilib. Burada əvvəl mühəndis, sonra kiçik elmi işçi, daha sonra elmi işçi və baş elmi işçi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

Texniki elmlər namizədidir. Elmi tədqiqat işləri əsasən polimer materialların alınmasına həsr edilib. 30-dan çox elmi əsərin müəllifidir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qafarov Sabir // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 327. — 1.000 nüsx.