Adnan Hacızadə
Adnan Hacızadə — keçmiş ictimai-siyasi fəal, bloqqer, “Ol!” Azərbaycan Gənclər Hərəkatının rəhbərlərindən biri.
Adnan Hacızadə | |
---|---|
Hacızadə Adnan Hikmət oğlu | |
Adnan Hacızadə. | |
Anadan olub | 13 iyul 1983 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Hikmət Hacızadə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
facebook səhifəsi |
Haqqında məlumatlarRedaktə
13 iyul 1983-cü il tarixdə Bakıda anadan olub.
TəhsiliRedaktə
Bakı Avropa liseyini bitirib.
2000-ci ildə Qərb Universitetinə daxil olub, bir il sonra ABŞ-ın Riçmond Universitetinə transfer edilib, orada siyasətşünaslıq üzrə bakalavr dərəcəsi alıb, 2005-ci ildə Bakıya qayıdıb, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində təhsilini davam etdirib və bakalavr dərəcəsi alıb.
Əmək fəaliyyətiRedaktə
Həqiqi hərbi xidmətdən (2007–2008) əvvəl və sonra “BP”-nin ictimaiyyətlə əlaqələr şöbəsində işləyib.
İctimai-siyasi aktivliyiRedaktə
2003-cü ilin prezident seçkiləri zamanı ictimai-siyasi aktivliyə başlayıb.
MəhkumluğuRedaktə
2009-cu il iyulun 8-də altı dostu ilə bir yerdə «Livan» restoranının barında baş vermiş olaya görə 2 aylıq müddətə həbs olunub.
11 noyabr 2009-cu il tarixdə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
2010-cu il noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində onun bundan sonrakı 7 ay 21 günlük cəzasından şərti azad edilməsi və məhkəmə zalından azadlığa buraxılması barədə qərar qəbul olunub.
ƏdəbiyyatRedaktə
- Adnan's bio : [arx. 26 Oct 2009 - 24 Sep 2019] : [ing.] // Support Azerbaijan youth activists - Adnan Hajizade and Emin Milli. — Müraciət tarixi: 13.07.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |