Eyvaz Nurməmmədov
Eyvaz Nurməmmədov — ehtiyatda olan polis polkovniki, Azərbaycan Respublikası DİN Polis Akademiyasının hərbi kafedrasının sabiq müəllimi, Birinci Qarabağ müharibəsi veteranı, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi Veteranlar Şurasının sədr müavini.
Eyvaz Nurməmmədov | |
---|---|
Nurməmmədov Eyvaz Əşrəf oğlu | |
Eyvaz Nurməmmədov. | |
Doğum tarixi | 18 yanvar 1956 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ → Azərbaycan |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (1973–) |
Hərbi fəaliyyəti | |
Rütbə | polkovnik |
Təltifləri |
Haqqında məlumatlar
18 yanvar 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1963 – 1973-cü illərdə Nuxa/Şəki şəhər 3 №-li orta orta məktəbində təhsil alıb.
1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
Əmək və hərbçi fəaliyyəti
Təyinatla Belorusiya SSR-in Bretsk vilayətinin Lunines şəhərinə işləməyə göndərilib.
1980 – 1983-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.
1983-cü ildən Azərbaycan SSR DİN islah əmək müəssisələrində xidmətini davam etdirib.
1992-ci ildən Azərbaycan Respublikası DİN-in mərkəzi aparatında əvvəl inspektor vəzifəsindən idarə rəisi vəzifəsinədək yüksəlib.
Təltif və mükafatları
- “Vətən uğrunda” medalı – (01.07.2009)
Ailəsi
Ailəlidir, 2 qızı, 4 nəvəsi var.
Qızlarından biri İsraildə yaşayır, digəri isə polis mayorudur.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |