Hacı Səlim əfəndi

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:27, 15 avqust 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Hacı Səlim əfəndi (1940–2019) — tanınmış din xadimi, Şəki – Qəbələ bölgəsinin qazısı.

Hacı Səlim əfəndi
Səfərov Səlim Rəhim oğlu
Hacı Səlim əfəndi
Hacı Səlim əfəndi, 2018-ci il.
Anadan olub 19 mart 1940(1940-03-19)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 15 avqust 2019 (79 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Fəaliyyəti Şəki–Zaqatala bölgəsinin qazısı
Fəaliyyət illəri 1987 – 2019

Haqqında məlumatlar

19 mart 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1959-cu ildə Nuxada fəhlə-gənclər məktəbini bitirib.

1974 – 1980-cı illərdə Yusif Məmmədzadədən dini təhsil alıb.

Əmək fəaliyyəti

1964 – 1980-cı illərdə müxtəlif sahələrdə çalışıb.

1980-cı ildə Şəki Cümə məscidinə naibi-imam (imam köməkçisi) təyin olunub.

1980-cı ildə Şəki Cümə məscidinə baş imam təyin olunub.

1987-ci ildə Şəki – Zaqatala zonasına, sonralar isə Şəki – Qəbələ bölgəsinə qazı təyin olunub və ömrünün sonuna qədər – 15 avqust 2019-cu il tarixədək, həmin vəzifədə çalışıb.

Digər

1961 – 1964-cü illərdə sovet ordusunda hərbi xidmətdə olub.

1983-cü ildə Həcc ziyarətinə gedib.

1985-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin xətti ilə Türkiyədə bir aylıq səfər edib.

1990-cı ildə 129 nömrəli Şəki birinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilib, lakin seçkinin nəticələri ləğv edilib və təkrar seçki təyin olunub; təkrar seçkidə iştirak etməyib.

Vəfatı

15 avqust 2019-cu il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Səlim Rəhim oğlu Səfərov (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960). — Səh. 2.

Həmçinin, bax: