Eyvaz Qurbanov

Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}} {{Şəxs |Adı = Eyv...' ilə yarat) tərəfindən edilmiş 01:12, 3 sentyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Eyvaz Qurbanov — Azərbaycan Milli Məclisinin deputatı.

Eyvaz Qurbanov
Qurbanov Eyvaz Daşdəmir oğlu
Eyvaz Qurbanov
Eyvaz Qurbanov.
Anadan olub 14 fevral 1963 (1963-02-14) (61 yaş)
Anadan olduğu yer Bucaq, Vartaşen (indiki Oğuz) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, bədən tərbiyəsi və idman fakültəsi (1984–1988)

 • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət və bələdiyyə idarəetməsi fakültəsi (2001–2004)

Haqqında məlumatlar

14 fevral 1963-cü il tarixdə Vartaşen (indiki Oğuz) rayonunun Bucaq kəndində anadan olub.

Təhsili

1980-ci ildə Vartaşen şəhər 2 №-li orta məktəbini bitirib.

1984 – 1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi və idman fakültəsində,

2001 – 2004-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1981 – 1983-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1988-ci ildən Vartaşen/Oğuz rayonunda orta məktəbdə müəllim,

1994 – 1999-cu illərdə T.Bəhramov adına Respublika Stadionunun direktoru,

2000-ci ildən “Olimpiya” idman kompleksinin direktoru vəzifəsində çalışıb.

2005-ci ildə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2011– 2024-cü illərdə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə çalışıb.

2024-cü ildə yenidən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Ailəsi

Evlidir, 2 övladı var

Ədəbiyyat

  1. Qurbanov Eyvaz Daşdəmir oğlu : [arx. 18 Jul 2022 - 6 Jun 2024] // Azərbaycan Respublikasının Milli Məclisi. — Müraciət tarixi: 02.09.2024.