Adil Vəliyev

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:43, 5 sentyabr 2024 tarixli dəyişiklik

Adil Vəliyev — tanınmış müğənni və məşhur “İrs” folklor ansamblının sabiq üzvü.

Adil Vəliyev
Vəliyev Adil Qulam oğlu
Adil Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1952 (1952-12-05) (71 yaş)
Doğum yeri Yevlax, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Mirvari
Atası Qulam Lələkişi oğlu Vəliyev (1900-1960)
Anası Zərifə Əhməd qızı Əsədova-Vəliyeva (1920-1978)

Ləqəbi Exo Adil
Musiqi aləti qarmon
Təhsili

 • C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, aktyorluq kursu (1969–1971)

 • Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, qiyabi (1979–1984)
facebook səhifəsi

Haqqında məlumatlar

5 dekabr 1952-ci ildə Yevlaxda anadan olub. Atası Qulam Vəliyev Ağdamda doğulsa da əslən şuşalı idi və həmin vaxt Yevlax yun zavodunun direktoru vəzifəsində çalışırdı. Anası Zərifə Əhməd qızı Əsədova-Vəliyeva isə şəkili idi.

1960-cı ildə – 10 yaşı olarkən, atası vəfat edib. 1968-ci ildə ailəvi Bakıya köçüblər.

Təhsili

1958 – 1963-cü illərdə Yevlax dəmiryolu idarəsinin məktəbində,

1953 – 1958-ci illərdə isə Yevlax şəhər 5 №-li orta məktəbində,

1969 – 1971-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktyorluq kursunda,

1979 – 1984-cü illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə

1971 – 1973-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək və musiqiçi fəaliyyəti

5 yaşında nağara, 12 yaşında diatonik (yarımtonsuz) qarmon çalmağa başlayıb.

Ailəvi Bakıya köçdükdən sonra qarmonçalan kimi toylara dəvət olunub. Gələcəyin məşhur müğənnisi Məmmədbağır Bağırzadə ilə toylara gedib.

1969-cu ildə isə Habil Əliyev və xanəndələr Sabir Mirzəyev, Səmayə Hüseynova və Sabir Əliyevlə birlikdə Sabirabad, Saatlı rayonunda konsertlərdə iştirak edib.

1971-ci ildə 7 ay Azərbaycan Dövlət Akademik Dram teatrına işləyib.

1973-cü ildən xanəndəlik etmək yolunu seçib. Daha sonra “İrs” folklor ansamblına dəvət olunub.

Ədəbiyyat

  1. Rəmanlı Ə. Sənəti, xasiyyəti, rəftarı gözəl, zəngin repertua malik hərtərəfli müğənni // Adil Veliyev (facebook səhifəsi). — Müraciət tarixi: 05.09.2024.

Videolar