Rüstəm Xəlilməmmədov

Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış musiqi...' ilə yarat) tərəfindən edilmiş 21:17, 14 sentyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Rüstəm Xəlilməmmədov — tanınmış kamança ifaçısı və musiqiçi pedaqoq, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi.

Rüstəm Xəlilməmmədov
Xəlilməmmədov Rüstəm Abdulla oğlu
Rüstəm Xəlilməmmədov
Rüstəm Xəlilməmmədov, 19.04.2024.
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel 1963 (1963-04-22) (61 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Musiqi aləti kamança
Təhsili Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində Xalq Konservatoriyası (1988–1991)

Haqqında məlumatlar

22 aprel 1963-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1970 – 1980-cı illərdə Şəki şəhər 19 №-li orta məktəbində,

1974 – 1979-cu illərdə Şəki şəhər 2 №-li uşaq musiqi məktəbinin kamança sinfində,

1988 – 1991-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində olan Xalq Konservatoriyasında təhsil alıb.

Əmək fəaliyyəti

1992-ci ildən Şəki Şəhər Uşaq İncəsənət Məktəbinində kamança ixtisası üzrə müəllim işləyir.

Musiqiçi fəaliyyəti

1978 – 1979-cu illərdə M.F.Axundov adına Şəki şəhər mədəniyyət evində Şahid Əbdülkərimovun rəhbərliyi ilə fəaliyyət göstərən “Səbuhi” xalq çalğı alətləri ansamblının,

1988 – 1991-ci illərdə Bakıda təhsil alarkən isə Xətai adına mədəniyyət evinin “Şur” ansamblının üzvü olub. Eyni zamanda Dövlət tədbirlərində, eləcə də Bakı kəndlərində toy məclislərində xanəndələrdən Səxavət Məmmədovu, Ağakərim Nafisi, Könül Xasıyevanı, Almas Orucovanı, Gülyaz və Gülyanaq Məmmədovaları müşayiət etmişdir.


Ədəbiyyat

  1. Təhmirazqızı S. Rüstəm Xəlilməmmədov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 183. — 300 nüsx.

Videolar