İffət Əfəndiyeva

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:45, 15 sentyabr 2024 tarixli dəyişiklik

İffət Əfəndiyeva — tanınmış bioloq, biologiya elmləri namizədi və pedaqoq.

İffət Əfəndiyeva
Əfəndiyeva İffət Məmməd qızı
İffət Əfəndiyeva
İffət Əfəndiyeva
Doğum tarixi 1 aprel 1949 (1949-04-01) (75 yaş)
Doğum yeri Kirovabad (indiki Gəncə), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, biologiya fakültəsi, bioloq, biologiya və kimya müəllimi ixtisası (1966–1971)
Atası Məmməd Əfəndiyev
Anası Nailə Babayeva
Mükafatları "Tərəqqi" medalı — 2008
facebook səhifəsi

Haqqında məlumatlar

1 aprel 1950-ci il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.

Təhsili

1966-cı ildə Kirovabad şəhər 1 №-li orta məktəbini bitirib.

1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

1971-ci ildə Ümümittifaq “VODGEO” Elmi-Tədqiqat İnstitunda baş laborant,

1972 – 1979-cu illərdə Azərbaycan SSR EA Mikrobiologiya Bölməsində elmi işçi,

1981 – 1982-ci illərdə Azərbaycan SSR Dövlət Ətraf Mühitin Mühafizəsi Komitəsinin Aqrokimya Laboratoriyasında baş aqroximik və Kosmik tədqiqatlar Elmi-Tədqiqat Birliyində bölmə müdiri,

1982 – 1985-ci illərdə Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda baş elmi işçi,

1985 – 1988-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda baş elmı işçi,

1988 – 1995-ci illərdə Azərbaycan SSR EA/AMEA Coğrafiya İnstitutunun “Xəzər dənizinin resursları” bölməsində baş elmi işçi,

1995 – 2008-ci illərdə ARDNŞ/SOCAR Xaricı Sərmayələr İdarəsinin kontraktlar şöbəsində aparicı mütəxəssis,

2010 – 1911-ci illərdə Sumqayıt Dövlət Universitetində baş müəllim vəzifəsində çalışıb.

2010 – 2014, 2018 – 2019-cu illərdə Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsində,

2014 – 2015-ci illərdə isə Qafqaz Universitetində saat hesabı dərs deyib.

Elmi fəaliyyəti

1979-cu ildə Bakı buxtasının neft məhsullarından təmizlənməsində mikroorqanizmlərin roluna həsr olunmuş dissertasiya müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi alıb.

90-dan çox elmi və elmi-populyar məqalənin müəllifidir. 40-dan çox elmi konfrans və konqresdə iştirak edib.

İctimai-siyasi fəaliyyəti

1981 – 1996-cı illərdə YUNESKO-nun “İnsan və Biosfer” (MAB) Proqramı üzrə Azərbaycan komitəsinin elmi-katibi olub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyeva İffət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 181-182. — 1.000 nüsx.