Zaur İlhamoğlu

Mammadov2 (Müzakirə | töhfələr) (→‎Ədəbi-bədii yaradıcılığı) tərəfindən edilmiş 00:44, 5 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Zaur İlhamoğlu — tanınmış şair və pedaqoq, Şəki şəhər M.Füzuli adına 3 №-li tam orta məktəbinin azərbaycan dili və ədəbiyyatı müəllimi.

Zaur İlhamoğlu
Cəfərov Zaur İlham oğlu
Zaur İlhamoğlu
Zaur İlhamoğlu (30.09.2024).
Doğum tarixi 3 avqust 1984(1984-08-03)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
İxtisasları

 • ibtidai təhsilin pedaqogikası və metodikası

 • filologiya (azərbaycan dili və ədəbiyyatı)
Təhsili Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, bakalavriat (2001–2005)
facebook səhifəsi
youtube səhifəsi

Haqqında məlumatlarRedaktə

3 avqust 1984-cü il tarixdə Şəkidə anadan olub.

TəhsiliRedaktə

2001-ci ildə Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü liseyini bitirib.

2001 – 2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsi üzrə təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

2007-ci ildən Şəki şəhər M.Füzuli adına 3 №-li tam orta məktəbində azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimdir.

Ədəbi-bədii yaradıcılığıRedaktə

Erkən yaşlarından şeir yazmağa başlayıb. Şeirləri Azərrbaycan, İran, Türkiyə və Qırğızıstanın dövri-mətbuatında dərc olunub, şeir antologiyalarında, ədəbiyyat saytlarında, eləcə də rusdilli məktəblər üçün hazırlanmış “Azərbaycan dili” dərsliklərində yer alıb.

2018-ci ildə “Bu həyat dediyin...” adlı şeirlər kitabı (Bakı, Mütərcim, 233 səh.) çap olunub.

2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin,

2023-cü ildən Çukurova Türkiyə Ədəbi Dərnəyinin üzvüdür.

AiləsiRedaktə

Ailəlidir, iki övladı var.

ƏdəbiyyatRedaktə

  1. Orsər R. Zaur İlhamoğlu // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 818-821. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.