Murad Abdullayev

Mammadov2 (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 14:39, 14 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Murad Abdullayev — Böyük Moskva sirkinin tanınmış meymun təlimçisi və Rusiya Federasiyasının əməkdar artisti.

Murad Abdullayev
Abdullayev Murad Firidun oğlu
rus.: Абдуллаев Мурад Фиридун оглы
Murad Abdullayev
Murad Abdullayev.
Anadan olub 14 oktyabr 1967 (1967-10-14) (57 yaş)
Anadan olduğu yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Natalya Bojko
Uşaqları Valentina və Aydan
Atası Firidun
Anası Valentina
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan→Flag of Russia.svg Rusiya
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisadiyyat, istehsalın təşkili ixtisası (–1990)

 • Rusiya Teatr Sənəti İnstitutu (Moskva), rejissorluq ixtisası, qiyabi (–2006)
Fəaliyyəti sirkdə heyvan təlimçisi
Mükafatları Заслуженный артист Российской Федерации

Haqqında məlumatlarRedaktə

14 oktyabr 1967-ci il tarixdə Bakıda anadan olub.

TəhsiliRedaktə

1990-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini,

2006-cı ildə Rusiya Teatr Sənəti İnstitutunu (Moskva) bitirib.

Əmək fəaliyyətiRedaktə

1985-ci ildən sirkdə işləyir; o cümlədən, əvvəl Soyuzqossirkdə manej inspektoru, sonra isə Böyük Moskva sirkində manej inspektoru olub. Sirkin direktor müavini, qastrol departamentinin rəisi vəzifələrində də çalışıb.

AiləsiRedaktə

Murad Abdullayevin atası Firidun Abdullayev (1931–1987) 1967-ci ildən Bakı Dövlət Sirkinin direktor müavini, 1969-cu ildən ömrünün sonunadək isə direktoru olmuşdu. Firidun Abdullayevin atası Muxtar Abdullayev isə 1935 – 1937-ci illərdə Nuxa şəhər Soveti İcraiyyə Komitəsinin sədri olmuş, lakin 1937-ci il repressiyaları zamanı güllələnmişdir.

Murad Abdullayev iki dəfə ailə qurub. Birinci həyat yoldaşından Valentina, ikinci həyat yoldaşından isə Aydan adlı qızı doğulub. İkinci həyat yoldaşının adı Natalya Bojkodur, o, və qızı Aydan Abdullayeva da sirkdə çalışırlar.

Təltif və mükafatlarıRedaktə

DigərRedaktə

1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Qorxma mən səninləyəm” adı iki hissəli macəra, musiqili komediya televiziya filmində rol oynayıb.

ƏdəbiyyatRedaktə

  1. Абдулаев М. Ф. : [arx. 25 Oct 2021 - 6 Feb 2023] : [rus.] // Ruscircus.ru. — Müraciət tarixi: 27.06.2024.