Rafiq Hüseynov
Rafiq Hüseynov — texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetinin metallurgiya və materiallar texnologiyasının professoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin strateji texnologiyaların layihələndirilməsi və tətbiqi şöbəsinin rəisi.
Rafiq Hüseynov | |
---|---|
Hüseynov Rafiq Qurban oğlu | |
Rafiq Hüseynov. | |
Doğum tarixi | 22 oktyabr 1946 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | texnika |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, mühəndis-metallurq ixtisası (1963–1968) • Moskva Kimya-Maşınqayırma İnstitutu, aspirantura (1971–1974) • Zaqafqaziya Marksizm-Leninizm Universiteti (1978-1979) |
Mükafatları |
|
Haqqında məlumatlarRedaktə
22 oktyabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.
TəhsiliRedaktə
1953 – 1959-cu illərdə Nuxa şəhər 6 №-li orta məktəbində,
1959 – 1963-cü illərdə Bakı şəhər 201 №-li orta məktəbində,
1963 – 1968-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (mühəndis-metallurq ixtisası üzrə),
1971 – 1974-cü illərdə Moskva Kimya-Maşınqayırma İnstitutunun aspiranturasında,
1978 – 1979-cu illərdə Zaqafqaziya Marksizm-Leninizm Universitetində təhsil alıb.
1981 – 1982-ci illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində fransız dili kurslarını,
1982-ci ildə Fransa Respublikasında fransız dilinin təkmilləşdirilməsi kursunu bitirib.
Əmək fəaliyyətiRedaktə
1968-ci ildən Novokuznetsk Metallurgiya zavodunda mühəndis, Bakı əlvan metalların emalı zavodunda usta, baş texnoloq, sex rəisi,
1969 – 1971-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda əvvəl laborant, sonra assistent, daha sonra baş müəllim,
1985 – 1988-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasının Bumerdes şəhərindəki Yüngül Sənaye Universitetində kafedra müdiri,
1996 – 2016-cı illərdə Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində çalışıb.
Hal-hazırda Azərbaycan Texniki Universitetinin metallurgiya və materiallar texnologiyasının professorudur.
İkinci iş yerləriRedaktə
2007 – 2016-cı illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin «Elm, İnnovasiya və İnformasiya Texnologiyaları» şöbəsinin müdiri olub.
Hal-hazırda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin strateji texnologiyaların layihələndirilməsi və tətbiqi şöbəsinin rəisidir.
Elmi fəaliyyətiRedaktə
1975-ci ildə “Hərbi və kosmos sənayesi sahələrində tətbiq olunan xüsusi konstruksiya materiallarının yaradılması” mövzusunda namizədlik dissertasiyasını,
1992-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
Texnika elmləri doktoru, professordur.
Xəzər dənizində quraşdırılmış və quraşdırılan stasionar platformaların, neft-qaz borularının hazırlanmasında istifadə olunan poladların müəlliflərindən biridir. Çoxsaylı mühəndis, magistr, bakalavrların diplom, buraxılış işlərinə rəhbərlik etmiş, 9 elmlər namizədinin elmi rəhbəri və 4 elmlər doktorunun elmi məsləhətçisi olub. Hərbi və xüsusi təyinatlı 9 patentin, 12 müəlliflik şəhadətnaməsinin (hamısı SSRİ və RF), 185 elmi məqalənin, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuş 121 məqalənin, 8 dərsliyin (3-ü fransız dilində xaricdə çap olunub), çoxsaylı dərs vəsaitlərinin, tədris proqramlarının müəllifidir. Elmi məqalələrinin əksəriyyəti ABŞ, Fransa, Almaniya, Əlcəzair, Türkiyə, Rusiya, Ukrayna, İran, Avstriya, BƏR və bir sıra digər xarici ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub.
İctimai-siyasi və elmi-ictimai fəaliyyətiRedaktə
1976 – 1981-ci illərdə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayon və respublika gənc alimlər şurasının sədri olub.
1978-ci ildə Moskvada keçirilmiş ÜİLKGİ-nin XVIII qurultayında Azərbaycanın nümayəndəsi kimi iştirak edib.
1985 – 1988-ci illərdə Əlcəzairin Bumerdes şəhərində işləyərkən həmin şəhərdə çalışan Sovet mütəxəssislərinin partiya komitəsi katibinin müavini olub.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyində və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən fəlsəfə və elmlər doktorlarının müdafiəsi üzrə xüsusiləşdirilmiş elmi şuraların üzvüdür.
1990-сı ildə Bakı Şəhər Yasamal Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
1994-cü ildən «Şəki» Xeyriyyə Cəmiyyətinin sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltif və mükafatlarıRedaktə
- “SSRİ-nin fəxri ixtiraçısı” (rus.: Почетный изобретатель СССР) fəxri adı;
- “Əmək igidliyinə görə” medalı – 2 dəfə;
- Azərbaycan SSR Lenin komsomolu mükafatı;
- “Hacı Zeynalabdin Tağıyev” mükafatı;
- “Dövlət qulluğunda fərqlənməyə görə” medalı – Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafındakı xidmətinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə (15 dekabr 2015);
- “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adı – Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə (30 dekabr 2020).
AiləsiRedaktə
Evlidir, iki oğlu var. Həyat yoldaşı texnika, bir oğlu hüquq və bir oğlu isə tibb üzrə fəlsəfə doktorudur.
Atası Hüseynov Qurban Zəkəriyyə oğlu isə Şəkinin tanınmış ziyalılarından biri olmuş və uzun müddət Nuxa (Şəki) şəhər-rayon partiya-sovet orqanlarında rəhbər vəzifələrdə çalışmışdır.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Hüseynov Rafiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 247-249. — 1.000 nüsx.
- Hüseynov Rafiq Qurban oğlu // Milli Aerokosmik Agentliyi. — Müraciət tarixi: 10.10.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |