Ellada Axundova

Mammadov2 (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 16:06, 22 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Ellada Axundova — tanınmış bioloq-alim, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin genetika və darvinizm kafedrasının professoru.

Ellada Axundova
Axundova Ellada Mirəli qızı
Ellada Axundova
Ellada Axundova.
Doğum tarixi 22 oktyabr 1940 (1940-10-22) (84 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Bakı Dövlət Universiteti, biologiya fakültəsi, genetika və darvinizm kafedrası
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1957–1962)

 • Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutu, aspirantura (1962–1964)
Atası Mirəli Axundov
Mükafatları "Əmək veteranı" medalı

Haqqında məlumatlarRedaktə

22 oktyabr 1940-ci il tarixdə Bakıda anadan olub.

TəhsiliRedaktə

1957-ci ildə Bakı şəhər 189 №-li orta məktəbi bitirib.

1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində,

1962 – 1964-cü illərdə isə Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1967 – 1987 illərdə Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunda baş elmi işçi,

1987 – 1988 illərdə «Üzüm və tut bitkisinin genetikası və seleksiyası» şöbəsinin müdiri vəzifəsində çalışıb.

1988-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Bakı Dövlət Universitetinin biologiya fakültəsinin genetika və darvinizm kafedrasının professorudur; genetika, təkamül təlimi, immun genetikası, somatik hüceyrələrin genetikası və təkamül genetikası fənləri üzrə dərslərini aparır.

Elmi fəaliyyətiRedaktə

1966-cı ildə namizədlik dissertasiyasını,

1986-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.

114 məqalə və tezis, 1 monoqrafiya, 2 kitabın müəllifidir.

Üç elmlər namizədi yetişdirmişdir.

KitablarıRedaktə

  • Poliploidiya və DNT (monoqrafiya, rus), «Elm», 1983, 107 s.
  • Ekoloji genetika. Dərs vəsaiti, «Təhsil», 2004, 2006, 263 s.

MükafatlarıRedaktə

Sov.İKP Mərkəzi Komitəsinin SSRİ Nazirlər Sovetinin Mərkəzi Həmkarlar Təşkilatının Fəxri Fərmanı, Bakı Dövlət Universitetinin Fəxri Fərmanları ilə (2000, 2002) təltif edilmişdir.

AiləsiRedaktə

Görkəmli bioloq-alim Mirəli Axundovun qızıdır.

Ailəlidir. İki övladı və dörd nəvəsi var.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Axundova Ellada // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 55-56. — 1.000 nüsx.
  2. Prof. Axundova Ellada Mirəli qızı : [arx. 7 Jul 2010 - 14 May 2021] // Bakı Dövlət universiteti: biologiya fakültəsi. — Müraciət tarixi: 22.10.2024.
  3. Ellada Mirəli qızı Axundova : [arx. 19 Aug 2019 - 5 Jul 2022] // Static.bsu.az. — Müraciət tarixi: 22.10.2024.