Sabir Əfəndiyev
Sabir Əfəndiyev (1933–2019) — filologiya elmləri namizədi, jurnalist, publisist, nasir.
Haqqında məlumatlar
10 mart 1933-cü il tarixdə Qax rayonunun İlisu kəndində anadan olub.
Təhsili
İlisu kənd orta məktəbini bitirib.
1950 – 1955-ci illərdə Azərbaycan Dövlət Universitetində jurnalistika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1955 – 1957-cu illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında ədəbi işçi,
1957 – 1959-cu illərdə şöbə müdiri,
1959 – 1963-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Komitəsinin Nuxa radio verilişləri redaksiyasının böyük redaktoru,
1963 – 1969-cu illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,
1969 – 1972-ci illərdə Azərbaycan SSR Televiziya və Radio verilişləri Komitəsinin xüsusi müxbiri,
1972 – 1980-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazasının elmi katibi,
1980-cı ildən Azərbaycan SSR EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda Sovet dövrü etnoqrafiya şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.
Vəfatı
19 aprel 2019-cu il tarixdə – 86 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 374-375. — 500 nüsx.
- Murtuzayev S.N Sabir Tahir oğlu Əfəndiyev // İlisu (ensiklopedik məlumat kitabı). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı: 416. — Səh.: 239. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 dekabr 2023.
- Görkəmli şəxsiyyətlər : Sabir Əfəndiyev : [arx. 08.03.2022] // Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi. — 2015. — 23 fevral. — Müraciət tarixi: 08.03.2022.
- Orsər R. Sabir Əfəndiyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 325-327. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |