Zəminə Rəsulova

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:41, 26 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Zəminə Rəsulova“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İdarə Heyətinin üzvü. Aktiv bədii yaradıcılıq və tərcümə işi ilə də məşğuldur.

Zəminə Rəsulova
Rəsulova (Əliyeva) Zəminə İsmayıl qızı
Zəminə Rəsulova
Zəminə Rəsulova.
Anadan olub 14 mart 1983 (1983-03-14) (41 yaş)
Anadan olduğu yer Qaradağlı, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Şəki Pedaqoji Texnikumu, ingilis dili müəllimi ixtisası (–2004)

 • Lənkəran Dövlət Universiteti, tarix-coğrafiya və incəsənət fakültəsi, muzey, arxiv işi və abidələrin qorunması ixtisası (2020–)
İş yeri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu (bələdçi)
Mükafatları "Tərəqqi" medalı — 2020
facebook səhifəsi

Haqqında məlumatlar

14 mart 1983-cü il tarixdə Şəki rayonunun Qaradağlı kəndində anadan olub.

Təhsili

2000-ci ildə Şəki şəhər 11 saylı orta məktəbini,

2004-cü ildə Şəki Pedaqoji Texnikumunu bitirib.

2020-ci ildə Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya və incəsənət fakültəsinə (muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə) qəbul olunub.

Əmək fəaliyyəti

2004 – 2023-cü illərdə “Yuxarı Baş” Dövlət/Milli Tarix-Memarlıq Qoruğunda bələdçi işləyib.

2023-cü ildən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda elmi işçidir.

Digər

Dövri mətbuatda şeirləri çap olunub. 5 şeiri isə 2018-ci ildə işıq üzü germüş “Şəkidən gələn səslər” adlı ədəbiyyat toplusuna daxil edilmişdir.

Rus, ingilis və italyan dillərini bilir və həmin dillərdən azərbaycan dilinə tərcümələr edib. 2020-ci ildə “Bir saray bələdçisinin qeydləri” adlı kitabı çap olunub.

2019-cu ildən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Orsər R. Zəminə Rəsulova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 809-812. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Bir qrup Azərbaycan qadını “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM : [arx. 06.03.2020] // Milli.az. — 2020. — 5 mart. — Müraciət tarixi: 15.09.2021.
  3. Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası : ATBA İdarə Heyəti : [arx. 16.09.2021] // ATGA. — Müraciət tarixi: 16.09.2021.

Həmçinin, bax: