Fikrət Əzizov
Fikrət Əzizov (1930–1998) — sovet dövründə Bakının bir sıra iri sənaye müəssisələrində rəhbər vəzifələr tutmuş şəxs. Müxtəlif illərdə Bakı məişət kondisionerləri zavodunun direktor müavini, “Azərelektrikişıq” Bakı İstehsalat Birliyinin baş direktoru və s. vəzifələrdə çalışmışdır.
Fikrət Əzizov | |
---|---|
Əzizov Fikrət Vahid oğlu | |
Fikrət Əzizov. | |
Anadan olub | 29 mart 1930 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 13 mart 1998 (67 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Dəfn yeri | Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Azərbaycan |
Həyat yoldaşı | Elmira |
Atası | Vahid |
Anası | Heyran |
Təhsili | Azərbaycan Politexnik İnstitutu, dəmir yolu nəqliyyatı fakültəsi (1949–1954) |
Haqqında məlumatlarRedaktə
29 mart 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.
1949 – 1954-cü illərdə Azərbaycan Politexnik İnstitutunun dəmir yolu nəqliyyatı fakültəsində təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1954 – 1956-cı illərdə Şimali Qafqaz Dəmir Yollarının Proxladnıy stansiyasında texniki kontorunun rəisi,
1956 – 1958-ci illərdə Azərbaycan Dəmir Yollarının Keşlə stansiyasında dispetçer,
1960-cı ilədək Sumqayıt Alüminium zavodunda nəqliyyat sexinin rəisi,
1960 – 1962-ci illərdə Azərbaycan SSR Maşınqayırma İdarəsində şöbə rəisi,
1962-ci ildən Bakı məişət kondisionerləri zavodunun direktor müavini,
1975-ci ildən “Azərelektrikişıq” Bakı İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.
VəfatıRedaktə
13 mart 1998-cı il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə – Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Əzizov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 134-135. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |