Tahir Məmmədov

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:57, 26 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Tahir Məmmədov — tanınmış həmkarlar təşkilatı işçisi; uzun müddət Şəki İpək kombinatında həmkarlar təşkilatı komitəsinin sədri vəzifəsində çalışmış, həmçinin, 1990-cı ildə Azərbaycan SSR xalq deputatlığına namizəd olmuşdur.

Tahir Məmmədov
Məmmədov Tahir Məcid oğlu
Tahir Məmmədov
Tahir Məmmədov.
Anadan olub 29 aprel 1950 (1950-04-29) (74 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, energetika fakültəsi (1967–1973)
Adının digər versiyaları Tahir Memmedov, Tahir Mammadov, Tahir Mamedov, Тахир Мамедов, Таһир Мәммәдов

Haqqında məlumatlarRedaktə

29 aprel 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1967-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.

1967 – 1973-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsində təhsil alıb.

Hərbi xidmətdəRedaktə

1973 – 1975-ci illərdə həqiqi hərbi xidmətdə olub; Beloqorsk şəhərində (Amur vilayəti, RSFSR) yerləşən motoatıcı polkun 2-ci batalyonunda rabitə rəisi (qərargah rəisinin müavini) vəzifəsində xidmət edib və baş leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılıb.

Əmək fəaliyyətiRedaktə

Tələbəlik illərindən (1967–1973) çilingər kimi əmək fəaliyyətinə başlayıb.

1975-ci ildən, hərbi xidmətdən sonra V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində işləyib; o cümlədən,

1975-ci ildən hərbi qeydiyyat və mülki müdafiə qərargahının rəisi, sonra həmin ilin noyabrında I şöbənin rəisi,

1984-cü ildən partiya təşkilatı katibinin müavini,

1986 – 2006-ci illərdə isə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində çalışıb.

İctimai aktivliyiRedaktə

İki dəfə Şəki şəhər sovetinin deputatı seçilib.

1990-cı ildə 129 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilsə də, həmin dairə üzrə nəticələr ləğv edildikdən sonra təkrar seçkidə iştirak etməyib.

1976 – 1985-ci illərdə Şəki ipək kombinatının “İpəkçi” futbol komandasına rəhbərlik edib. Həmin illərdə komanda hər il şəhər çempionu və dəfələrlə zona çempionu olub; o cümlədən, 1982-ci ildən respublika çempionatında çıxış edib.

ƏdəbiyyatRedaktə

  1. Respublika xalq deputatlığına namizəd, birlik həmkarlar ittifaqı komitəsinin sədri Tahir Məcid oğlu Məmmədovun seçkiqabağı platforması (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959–1960). — Səh. 2.