Mais Əmrahov

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:07, 26 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Mais Əmrahov — tarix üzrə elmlər doktoru, professor, A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan mədəniyyəti tarixi şöbəsinin müdiri.

Mais Əmrahov
Əmrahov Mais İsrail oğlu
Mais Əmrahov
Mais Əmrahov, Space TV-nin “Səhər” verilişində çıxış edərkən (15.06.2022).
Doğum tarixi 2 may 1948 (1948-05-02) (76 yaş)
Doğum yeri Cəfərabad, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan mədəniyyəti tarixi şöbəsi (müdir)
Elmi dərəcəsi tarix üzrə elmlər doktoru
Elmi adı professor
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, tarix fakültəsi (–1970)
Adının digər versiyaları Mayis Əmrahov, Mayıs Əmrahov, Mayis Emrahov, Mayıs Emrahov, Mais Emrahov, Mayis Amrahov, Mayıs Amrahov, Mais Amrahov, Маис Амрахов, Маис Эмрехов, Маис Эмрахов, Маис Әмраһов

Haqqında məlumatlar

2 may 1948-ci il tarixdə Nuxa rayonunun Cəfərabad kəndində anadan olub.

Təhsili

1970-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti

1970 – 1973-cü illərdə Şəki rayonunun Cəfərabad kənd məktəbində tarix müəllimi,

1973 – 1979-cu illərdə Göybulaq kənd məktəbində direktor,

1979 – 1989-cu illərdə Şəki Şəhər Partiya Komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri,

1989 – 1991-ci illərdə Şəki 43 saylı texniki peşə məktəbinin direktoru,

1992-ci ildə PKİA və YH Baş İnstitutunun Şəki filialında müəllim,

1992 – 1994-cü illərdə Şəki Şəhər Təhsil Şöbəsində metodist və inspektor,

1994 – 1998-ci illərdə Şəki Şəhər İcra hakimiyyətində baş məsləhətçi və şöbə müdiri,

1999-cu ildə PKİA və YH Baş İnstitutunda metodist və kabinet müdiri,

2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində böyük metodist,

2001 – 2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında kabinet müdiri,

2007 – 2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əlavə təhsil üzrə direktor müavini vəzifəsində çalışıb.

2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasında professor,

2019-cu ilin iyul ayından A.A. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan mədəniyyəti tarixi şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəsi

Ailəlidir, 3 övladı var.

Ədəbiyyat

  1. "ƏMRAHOV MAİS İSRAİL OĞLU". http://tarixinstitutu.az/ (azərb.). Tarix İnstitutu. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  2. Məmmədov Ə., Xalıqov F. Əmrahov Mais // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 116-117. — 600 nüsx. — ISBN 5-8066-1708-4.