Qeysər Xəlilov
Qeysər Xəlilov (Xəlilov Qeysər Veysəl oğlu) – fəlsəfə elmləri doktoru (1982), professor (1989), Azərbaycan SSR əməkdar elm xadimi (1990); 1963 – 1990-ci illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti İdarə Heyəti sədrinin birinci müavini olmuş, 1990 – 1992 ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri, Azərbaycan Respublikası prezidentinin müşaviri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifələrində işləmişdir.
Qeysər Xəlilov | |||||||
---|---|---|---|---|---|---|---|
Xəlilov Qeysər Veysəl oğlu | |||||||
Fayl:Qeysər Xəlilov.JPG | |||||||
Qeysər Xəlilov | |||||||
|
|||||||
|
|||||||
Sələfi | vəzifə təsis olunub | ||||||
|
|||||||
Xələfi | komitə ləğv edilib | ||||||
Doğum tarixi | 9 oktyabr 1929 | ||||||
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Vəfat tarixi | 7 aprel 2000 | (71 yaşında)||||||
Vəfat yeri | Bakı, Azərbaycan | ||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1946 – 1951) | ||||||
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru | ||||||
Elmi adı | professor | ||||||
Təltifləri |
Haqqında məlumatlar
1929-cu ildə Nuxada anadan olub.
Təhsili
1936 – 1946-cı illərdə M.Qorki adına 10 №-li Nuxa şəhər məktəbində,
1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alıb.
İş yerləri
1954 – 1963-cü illərdə Azərbaycan radiosunda jurnalist, uşaq və gənclər şöbəsinin müdiri, Azərbaycan SSR Radio və Televiziya Komitəsi və Rabitə Nazirliyi partiya komitəsinin katibi,
1963 – 1990-cı illərdə “Bilik” cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini,
1990 – 1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (12 mart 1991-ci il tarixədək), Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri (12 mart 1991-ci il tarixdən sonra),
1991 – 1992-ci illərdə Azərbaycan Respublikası prezidentinin müşaviri,
1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri olub.
1993-cü ildə təqaüdə çıxıb.
Elmi fəaliyyəti
1961-ci ildə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
1989-cu ildə professor elmi adını alıb.
Mükafatları
- Azərbaycan SSR Əməkdar Elm xadimi (1990).
Vəfatı
2000-ci ildə Bakıda vəfat edib.
Ədəbiyyat
Məmmədov Ə., Xalıqov F. Xəlilov Qeysər // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 258 – 259. Şablon:Yaxşı məqalə