Əhməd Əhmədzadə (dövlət xadimi)
Əhməd Əhmədzadə — tanınmış dövlət xadimi, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri.
Əhməd Əhmədzadə | |||||||
---|---|---|---|---|---|---|---|
Əhmədzadə Əhməd Cuma oglu | |||||||
Əhməd Əhmədzadə. | |||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
Sələfi | Əjdər Əsədov | ||||||
|
|||||||
Xələfi | Cavanşir Məmmədov | ||||||
|
|||||||
Doğum tarixi | 7 yanvar 1945 | ||||||
Doğum yeri | Qaxmuğal, Qax rayonu, Azərbaycan SSR, SSRİ | ||||||
Atası | Cuma Əhmədzadə | ||||||
Təhsili |
• Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu (–1966) • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (1976–1978) |
||||||
İxtisası | mühəndis-hidrotexnik | ||||||
Təltifləri | |||||||
Commonsda da Əhməd Əhmədzadə ilə əlaqəli mediafayllar var |
Haqqında məlumatlarRedaktə
7 yanvar 1945-ci il tarixdə Qax rayonunun Qaxmuğal kəndində anadan olub.
TəhsiliRedaktə
1961-çi ildə orta məktəbi,
1966-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib.
1976 – 1978-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis,
1967 – 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi,
1975 – 1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,
1978 – 1980-ci illərdə Abşeron rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,
1980 – 1987-ci illərdə Azərbaycan KP Füzuli rayon komitəsinin birinci katibi,
1987 – 1991-ci illərdə Azərbaycan KP Şəmkir rayon komitəsinin birinci katibi,
1991-ci ildə Azərbaycan KP Şəki şəhər komitəsinin birinci katibi və Şəki rayon Xalq Deputatları Sovetinin sədri,
1991 – 1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı,
1993 – 2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri,
2004 – 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru,
2006 – 2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb.
Təltif və mükafatlarıRedaktə
- “Şöhrət” ordeni (Azərbaycan) (2015).
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2018).
- I dərəcəli “Əmək” ordeni (2020).
DigərRedaktə
1981 – 1995-cı illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.
Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olmuşdur.
Ailəlidir, üç övladı var.
Həmçinin, bax:Redaktə
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |