Əli Məsimli — peşəkar iqtisadçı, iqtisadiyyat elmləri namizədi, ictimai-siyasi xadim və dövlət xadimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının baş nazirin sabiq birinci müavini, sabiq iqtisadiyyat naziri və sabiq baş nazir əvəzi. I–VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə namizəd olmuş və III–VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Əli Məsimli
Əli Əhməd oğlu Məsimli
Əli Məsimli
Əli Məsimli.
bayraqAzərbaycan Respublikası Baş Naziri Əvəzibayraq
26 yanvar 1993 — 28 aprel 1993
Sələfi Rəhim Hüseynov
Xələfi Pənah Hüseynov
bayraqAzərbaycan Respublikası Baş Nazirinin I müavinibayraq
1992 — iyun 1993
bayraqAzərbaycan Respublikasının İqtisadiyyat Naziribayraq
1992 — iyun 1993
bayraqAzərbaycan Respublikası Milli Məclisinin deputatıbayraq
6 noyabr 2005 — vəzifədədir
bayraqXarici İnvestisiyalar Komitəsinin sədribayraq
 — sentyabr 1992
bayraqAzərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədribayraq
sentyabr 1992
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1953 (1953-01-03) (71 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, siyasi-iqtisad fakültəsi (–1975)

Azərbaycan SSR EA İqtisadiyyat İnstitutu, aspirantura (–1980)
Elmi dərəcəsi elmlər namizədi
Təltifləri “Şöhrət” ordeni (Azərbaycan) — 2023
facebook səhifəsi

Haqqında məlumatlarRedaktə

3 yanvar 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1975-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi-iqtisad fakültəsini,

1980-cı ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun aspiranturasını bitirib.

Elmi fəaliyyətiRedaktə

1985-ci ildə “Məhsulun keyfiyyətinin stimullaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən artıq elmi-nəzəri araşdırmanın, o cümlədən, elmi-kütləvi çalışmaların, təhlillərin, məqalələrin, açıqlamaların, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşüranın həmmüəllifidir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, Rusiya, Türkiyə, Ukrayna, Latviya, Litva və digər ölkələrdə nəşr olunub. Aktual iqtisadi problemlərə dair ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Avstriya, Belçika, Hollandiya, Türkiyə, Macarıstan, Malayziya, Bolqarıstan, Ukrayna, Latviya, Litva, Estoniya, Gürcüstan, Moldovada məruzə və çıxışlar edib.

Əmək fəaliyyətiRedaktə

1980 – 1991-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

1991 – 1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışıb.

1993 – 2005-ci illərdə isə “Müstəqil İqtisadçılar Birliyi” İctimai Təşkilatının prezidenti olub. 2010-cu ildən “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” ictimai birliyinin həmtəsisçisi və rəhbəridir.

2005-ci ildən sonra 4 dəfə – bir dəfə 113 saylı Şəki Şəhər Seçki Dairəsindən, sonra iki dəfə dalbadal 114 saylı Şəki Kənd Birinci seçki dairəsindən, daha sonra isə 113 saylı Qax-Şəki Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Təltif və mükafatlarıRedaktə

AiləsiRedaktə

Evlidir, 2 övladı var.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Məsimov Əli Əhməd oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 407-408. — 1.000 nüsx.
  2. "Müstəqil Azərbaycanın üçüncü Baş naziri - Əli Əhməd oğlu Məsimli + DOSYE" (azərb.). enter.news. 2017-05-21. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.