Almaz Məmmədova — tanınmış pedaqoq, dil-ədəbiyyat müəllimi. Ədəbi-bədii yaradıcılıqla da məşğuldur və iki şeir kitabının müəllifidir.

Almaz Məmmədova
Məmmədova Almaz
Almaz Məmmədova
Almaz Məmmədova.
Doğum tarixi 16 iyul 1949 (1949-07-16) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları 4 qız (Şəlalə, Yeganə, İlhamə, Kəmalə) və 2 oğlan (Razim, İsmayıl)
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Şuşa Pedaqoji Texnikumu (–1968)

 • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi (–1989)
Adının digər versiyaları Almaz Mammadova, Almaz Memmedova, Алмаз Мамедова, Алмаз Мәммәдова

Haqqında məlumatlar

16 iyul 1949-cu il tarixdə Nuxada (indiki Şəki) pedaqoq ailəsində anadan olub.

Təhsili

1964-cü ildə Nuxa şəhər 11 №-li orta məktəbinin 8-ci sinfini bitirib.

1964 – 1968-ci illərdə Şuşa Pedaqoji Texnikumunda,

1984 – 1988-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1968 – 1993-cü illərdə Cəbrayıl rayonun Tatar kənd orta məktəbində,

1993-cü ildən sonra Şəki rayonunun Çeşməli kənd məktəbində dil-ədəbiyyat müəllimi işləyib.

Ədəbi-bədii və publisistik fəaliyyəti

Gənc yaşlarından ədəbi-bədii yaradıcılıqla, publisistika ilə məşğul olub. Şeirləri dövri-mətbuatda çap edilib. Cəbrayılda çıxan “Kolxozçu” qəzetinin ştatdankənar müxbiri idi.

2006-cı ildə “Həsrət dolu ömür” adlı şeirlər kitabı,

2017-cı ildə isə “Nur çeşməsi” adlı şeirlər kitabı çap olunub.

İctimai-siyasi aktivliyi

1993 – 2004-cü illərdə Şəki Şəhər Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvü olub.

Sovet dövründə və müstəqillik illərində Azərbaycan Qadınlarının qurultaylarının iştirakçısı olub və bu qurultaylarda çıxışlar edib.

Ədəbiyyat

  1. Orsər R. Almaz Məmmədova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 515-518. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.