Bəxtiyar Vahabzadənin ev-muzeyi
Bəxtiyar Vahabzadənin ev-muzeyi — vaxtilə görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Şəkidə yaşadığı ev və hal-hazırda fəaliyyət göstərən xatirə muzeyi.
muzey | |||||
Bəxtiyar Vahabzadənin ev-muzeyi
| |||||
Bəxtiyar Vahabzadənin ev-muzeyi. | |||||
Ölkə | Azərbaycan | ||||
Şəki | “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu | ||||
Bina tipi | yaşayış evi | ||||
Tikinti | XIX əsrin sonu—XX əsrin əvvəlləri | ||||
Açılış tarixi | 31 avqust 2018 | ||||
Tabeliyindədir | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi | ||||
Eksponat sayı | 944 | ||||
Direktoru | Elşən Zəkəriyyəbəyli | ||||
Ünvan | Ə.Haqverdiyev küçəsi, 73 | ||||
Sayt | facebook səhifəsi | ||||
| |||||
Koordinatlar | 41°12′18″N 47°12′24″E / 41.20491°N 47.20653°E 41°12′18″N 47°12′24″E / 41.20491°N 47.20653°E |
Haqqında məlumatlarRedaktə
Muzeyin yaradılmasına Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2015-ci il tarixli sərəncamına əsasən başlanılmışdı.
31 avqust 2018-ci il tarixdə muzeyin rəsmi açılış mərasimi olub.
Muzey cəmi 70 m² sahəyə malik üç otaqdan ibarətdir. Bundan başqa, muzeyin inzibati və fond otağı da var. Muzeyin ekspozisiyasının əsasını şairin ailəsi tərəfindən təqdim edilmiş sənəd, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar təşkil edir.
Muzeyin direktoru Elşən Zəkəriyyəbəylidir.
ƏdəbiyyatRedaktə
- Bəxtiyar Vahabzadənin ev-muzeyi : [arx. 15 Apr 2019 - 7 Jan 2020] // Şəki İrs Reyestri. — Müraciət tarixi: 10.09.2023.
- Bəxtiyar Vahabzadənin ev muzeyi : [arx. 21 May 2022 - 2 Oct 2022] // Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 10.09.2023.
VideolarRedaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |