Firəngiz Əlizadə — tanınmış musiqişünas, bəstəkar və pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri.

Firəngiz Əlizadə
Əlizadə Firəngiz Əliağa qızı
Firəngiz Əlizadə
Firəngiz Əlizadə.
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1947 (1947-05-28) (77 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Peşələri bəstəkar, pianoçu, musiqişünas

Musiqi aləti fortepiano
Fəaliyyət illəri 1970-ci ildən
Təhsili

 • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, fortepiano sinfi (1970)

 • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, bəstəkarlıq sinfi (1972)
Elmi dərəcəsi sənətşünaslıq üzrə fəlsəfə doktoru
Elmi adı professor
Üzvlüyü AMEA, müxbir üzv
Mükafatları

"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1990"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 2021

“Şöhrət” ordeni (Azərbaycan) — 2007"Şərəf" ordeni — 2017"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019

Haqqında məlumatlar Vizual/Mobil redaktə

28 may 1947-ci il tarixdə Bakıda anadan olub.

Təhsili Vizual/Mobil redaktə

Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində təhsil alıb.

1970-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano,

1972-ci ildə isə bəstəkarlıq üzrə professor Q.Qarayevin sinfini bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1973 – 1976-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında Q.Qarayevin rəhbərliyi altında assistent-təcrübəçi,

1976 – 1976-cı illərdə müəllim və baş müəllim,

1990-cı ildən professor vəzifəsini tutub.

1993 – 1998-cı illərdə Mersin Konservatoriyasında (Türkiyə),

1999 – 2006-cı illərdə Berlin İncəsənət Akademiyasında (Almaniya) dərs deyib.

2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.

Yaradıcılıq fəaliyyəti Vizual/Mobil redaktə

4 operanın və 10 baletin müəllifidir.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

Sənətşünaslıq üzrə fəlsəfə doktoru və professordur.

2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

10 fəlsəfə doktorunun, 12 elmlər doktorunun elmi rəhbəri olub.

Digər Vizual/Mobil redaktə

1974-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,

1979 – 1985-ci və 1990 – 2007-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi olub.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əlizadə Firəngiz // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 110-112. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
  2. Təhmirazqızı S. Firəngiz Əlizadənin sənət dünyasına səyahət // Mədəniyyət : qəzet. — 2010. — В. 28 may. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 Jun 2013 - 5 Feb 2020.
  3. Müxbir üzvlər : Əlizadə Firəngiz Əliağa qızı : [arx. 13.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası 1995 - 2021. — Müraciət tarixi: 13.09.2021.

Filmoqrafiya Vizual/Mobil redaktə