Məmməd Əfəndiyev (iqtisadçı)

Məmməd Əfəndiyev (1907–1987) — kənd təsərrüfatı sahəsi üzrə tanınmış alim və pedaqoq, kənd təsərrüfatı elmləri namizədi, dosent, Azərbaycan SSR əməkdar iqtisadçısı. Uzun müddət Gəncədəki indiki Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili kafedrasının rəhbəri olmuş, bir müddət isə kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin dekanı vəzifəsini tutmuşdur (bu fakültənin yaradıcısı və ilk dekanıdır).

Məmməd Əfəndiyev
Əfəndiyev Məmməd Məmməd oğlu
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev.
Doğum tarixi 31 dekabr 1907(1907-12-31)
Doğum yeri Nuxa (indiki Şəki), Yelezavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 2 aprel 1987 (79 yaşında)
Vəfat yeri Kirovabad (indiki Gəncə), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ
Elm sahəsi kənd təsərrüfatı və iqtisadiyyat
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Zaqafqaziya Kommunist Universiteti (Tiflis (indiki Tbilisi); 1928–1932)

 • K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası, aspirantura (1933–1937)
Həyat yoldaşı Babayeva Nailə İdris bəy qızı
Evladları Aleksey Əfəndiyev, Şəhla Əfəndiyeva, İffət Əfəndiyevaİzzət Əfəndiyeva
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1975
"Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1980

Haqqında məlumatlar Vizual/Mobil redaktə

31 dekabr 1907-ci il tarixdə Nuxanın (indiki Şəki) Giləhli məhəlləsində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1923 – 1926-cı illərdə Bakıda fəhlə fakültəsində,

1928 – 1932-ci illərdə Zaqafqaziya Kommunist Universitetində (Tiflis, indiki Tbilisi),

1933 – 1937-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1926 – 1928-ci illərdə Nuxada,

1932 – 1933-cü illərdə isə əvvəl Lənkəranda, sonra isə Kirovabadda (indiki Gəncə) komsomol və partiya işində çalışıb.

1937 – 1984-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad) işləyib; o cümlədən,

1937 – 1984-cı illərdə kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili kafedrasında əvvəl baş müəllim, sonra dosent, daha sonra professor,

1937 – 1976-cı illərdə kafedranın rəhbəri,

1959 – 1966-cı illərdə isə kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin dekanı olub.

İkinci iş yerləri Vizual/Mobil redaktə

Böyük Vətən müharibəsi dövründə (1941–1945) AKTİ Tədris təsərrüfatına rəhbərlik edib, Kirovabad radiosunda xəbərlərin tərcüməçisi, Ağstafa, Şəmkir kolxozlarında iqtisadçı olaraq çalışıb.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1937-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi, sonralar isə dosent elmi adını alıb.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi müddət ərzində kənd təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması sahəsi üzrə 21 elmlər namizədi yetişdirib. 70-ə yaxın elmi əsərin müəllifidir.

İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə

1941-ci ildən kommunist partiyasının üzvü olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi müddət ərzində dəfələrlə fakültə partiya təşkilatının katibi, institut və şəhər partiya komitələrin üzvü, şəhər sovetinin deputatı seçilib.

1970-ci illərdə dəfələrlə Özbəkistanın və Tacikistanın kənd təsərrüfatı institutlarında dövlət imtahan komissiyalarının sədri, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin iqtisadi şurasının, Azərbaycan SSR Elmlər Akademiyasının koordinasiya şurasının, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının Zaqafqaziya filialın iqtisadi bölməsinin üzvü olub.

Dəfələrlə Moskva şəhərində Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində iştirak edib.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

2 aprel 1987-ci il tarixdə – 79 yaşında, Kirovabadda vəfat edib. Orada Fəxri xiyabanda dəfn olunub.

Xatirəsi Vizual/Mobil redaktə

Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə) bir auditoriyaya adı verilib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 157-158. — 1.000 nüsx.