Muxtar Abdullayev
Muxtar Abdullayev (1896–1937) — Azərbaycan sovet dövlət xadimi. Müxtəlif illərdə Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında rəis müavini, Qazax, Şamxor, Göyçay rayon və Nuxa şəhər sovetinin icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb.
Muxtar Abdullayev | |
---|---|
Abdullayev Muxtar Nağı oğlu | |
Muxtar Abdullayev. | |
Anadan olub | 1896 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 12 oktyabr 1937 (41 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | güllələnmə |
Həyat yoldaşı | Həyat Əbülfəz qızı Abdullayeva (Kaşiyeva) |
Uşaqları | Zümrüd, Yaqut, Məmməd(nağı), Barat, Əhməd, Qüdrət, Rafiq, Firidun, Rəna |
Vətəndaşlıq | SSRİ |
Haqqında məlumatlarRedaktə
1896-cı ildə Nuxada anadan olub.
TəhsiliRedaktə
Nuxada rus-tatar məktəbində təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1920 – 1935-ci illərdə, müxtəlif vaxtlarda, Dağıstan MSSR-in Xasavyurt rayonunun poçt rəisi, Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında rəis müavini, Zaqatala-Şəki mahalının prokuroru, Qazaxda, Şamxorda və Göyçayda rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb.
1935 – 1937-ci illərdə Nuxa şəhər Soveti İcraiyyə Komitəsinin sədri olub.
Həbs edilməsi, güllələnməsi və bəraət almasıRedaktə
16 avqust 1937-ci il tarixdə siyasi ittihamlarla həbs edilib.
12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnib. Həyat yoldaşı Həyat Abdullayeva Sibirə sürgün olunub.
6 iyun 1957-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 1937-ci ildə onun barəsində qaldırılmış cinayət işinə cinayət tərkibi olmadığına görə xitam verib.
PartiyalığıRedaktə
1925-ci ildən ÜİK(b)P-nın üzvü olmuş, 16 avqust 1937-ci il tarixdə həbs edildikdən üç gün sonra – 19 avqust 1937-ci il tarixdə, partiyadan xaric edilmişdir. Bəraət aldıqdan on ay sonra – 15 aprel 1958-ci il tarixdə, Sov.İKP üzvlüyü bərpa olunub.
1937-ci ildə həbs edilərkən ailə tərkibiRedaktə
Həyat yoldaşı: Həyat Əbülfəz qızı Abdullayeva (Kaşiyeva).
Oğulları: Məmməd(nağı) – 13 yaş, Barat – 10 yaş, Əhməd – 9 yaş, Rafiq – 7 yaş, Firidun – 5 yaş.
Qızları: Zümrüd – 30 yaş[qeyd 1], Yaqut – 15 yaş, Qüdrət – 8 yaş, Rəna – 6 aylıq.
QeydlərRedaktə
- ↑ Zümrüdün adı qohumlarının şəhadətinə əsasən göstərilir.
ƏdəbiyyatRedaktə
- “Şəki fəhləsi” qəzeti, 8 avqust 1989-cu il.
- Mete Ə. Muxtar Abdullayev // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 389-390. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Abdullayev Muxtar // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 29. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Абдуллаев Мухтар Наги оглы (1896) : [arx. 01.03.2021] : [rus.] // Открытый список. — Müraciət tarixi: 28.06.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |