Nizami Adışirinov — filologiya üzrə fəlsəfə doktoru, şair, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi.

Nizami Adışirinov
Adışirinov Nizami Şamil oğlu
Nizami Adışirinov
Nizami Adışirinov.
Doğum tarixi 21 aprel 1983 (1983-04-21) (41 yaş)
Doğum yeri Oxud, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi filologiya
İş yeri AMEA Folklor İnstitutu, Dədə Qorqud şöbəsi
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Təhsili

 • Bakı Dövlət Universitetinin filologiya fakültəsi, bakalavriat (2000–2004)

 • Bakı Dövlət Universitetinin filologiya fakültəsi, magistratura (2004–2006)
Elmi rəhbəri akad. Tofiq Hacıyev
facebook səhifəsi

Haqqında məlumatlarRedaktə

21 aprel 1983-cü il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olub.

TəhsiliRedaktə

2000-ci ildə Şəki şəhər 19 saylı tam orta məktəbini bitirib.

2000 – 2004-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr pilləsi üzrə,

2004 – 2006-cı illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

Elmi fəaliyyətiRedaktə

2006-cı ildə AMEA Folklor İnstitutunun doktoranturasına qəbul olunub.

“Dədə Qorqud kitabında epik formullar” mövzusunda yazdığı dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Bir sıra Respublika və Beynəlxalq elmi konfransların iştirakçısı olub. Məqalə və tezisləri nüfuzlu beynəlxalq elmi jurnallarda çap olunub. “Dədə Qorqud kitabında epik formullar” və “Kitabi-Dədə Qorqud”da boy, soy, ailə şəcərəsi” adlı elmi monoqrafiyaların müəllifidir.

Ədəbi-bədii fəaliyyətiRedaktə

Erkən yaşlarından ədəbi-bədii yaradıcılığa meyl edib. Dövri-mətbuatda şeirləri çap olunub. “Ruh bədəndən uzaq düşüb” (2004), “Ürəyimin harayı”(2006), “Əzizlə məni”, (2006), “Yazdım ki izim qala” (2007), “Ömür qatarı” (2010) şeir kitablarının müəllifidir. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Əmək fəaliyyətiRedaktə

AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçi vəzifəsində çalışır.

AiləsiRedaktə

Ailəlidir, üç övladı var.

ƏdəbiyyatRedaktə

  1. Orsər R. Nizami Adışirinov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 813. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.