Səlahəddin (Saləddin) Kazımov (1920–1978) — Sovet İttifaqı Qəhrəmanı, SSRİ daxili xidmət general-mayoru, Azərbaycan SSR daxli işlər nazirinin müavini.

Səlahəddin (Saləddin) Kazımov
Kazımov Səlahəddin (Saləddin) Həsən oğlu
Səlahəddin (Saləddin) Kazımov
Səlahəddin Kazımov.
Doğum tarixi 22 dekabr 1920(1920-12-22)
Doğum yeri Zaqatqla, Zaqatala qəzası, Azərbaycan SSR
Vəfat tarixi 2 iyul 1978 (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Fəxri Xiyaban (Bakı)
Vətəndaşlıq Azərbaycan SSR→ ZSFSR→ SSRİ
Təhsili Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (–1941)
Hərbi fəaliyyəti
Rütbə General-mayor
general-mayor
Təltifləri Sovet İttifaqı Qəhrəmanı  — 1943
"Qırmızı Bayraq" ordeni — 1943Lenin ordeni  — 1943“Moskvanın müdafiəsinə görə” medalı — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Praqanın azad edilməsinə görə" medalı — 1945"Berlinin alınmasına görə" medalı — 1945Aleksandr Nevski ordeni"Döyüş xidmətlərinə görə" medalı — 1954"Qırmızı Ulduz" ordeni — 1956

Haqqında məlumatlar Vizual/Mobil redaktə

22 dekabr 1920-ci il tarixdə Zaqatalada anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini,

1942-ci ildə isə Tiflis Artilleriya Məktəbinin sürətləndirilmiş kursunu bitirib.

Hərbi xidməti və əmək fəaliyyəti Vizual/Mobil redaktə

Böyük Vətən müharibəsində vzvod, batareya, diviziya komandiri olub, kapitan hərbi rütbəsini alıb, bir sıra orden və medallarla, o cümlədən, “Sovet İttifaqı Qəhrəmanı” adı ilə təltif olunub.

Böyük Vətən müharibəsindən sonra Qırmızıbayraqlı Zaqafqaziya hərbi Dairəsində bir sıra vəzifələrdə çalışıb.

1956-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində işləyib; o cümlədən,

1970-ci ildən nazir müavini vəzifəsini tutub.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

2 iyul 1978-ci il tarixdə – 57 yaşında, Azərbaycan SSR Daxili İşlər Nazirlinin binasında baş vermiş silahlı insident zamanı həlak olub. Bakıda Fəxri xiyabanda dəfn edilib.

Xatirəsi Vizual/Mobil redaktə

Bakıda vaxtilə yaşadığı binaya (Səməd Vurğun küçəsi, ev 196) barelyefi vurulub. Zaqatala və Şəki şəhərlərində bir küçəyə adı verilib.

Ailəsi Vizual/Mobil redaktə

Atası Zaqataladan, anası isə Nuxadan (indiki Şəki) idi.

Şəkillər Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Казимов Саладин Исаевич : Документы о награждении : [arx. 17.08.2016] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
  2. Кязимов Саладин Исаевич : Документы о награждении : [arx. 24.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
  3. Кязимов Саладин Исаевич : Документы о награждении : [arx. 24.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
  4. Kazımov Səlahəddin isa oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1981. — V  cild. — Səhifələrin sayı:  624. — Səh.: 210. — 80.000 nüsx.